Dolları olanlar, mütləq oxuyun - Yaxın bir ildə bu qiymətə olacaq

Dolları olanlar, mütləq oxuyun

Dolları olanlar, mütləq oxuyun - Yaxın bir ildə bu qiymətə olacaq

person access_time 3 həftə əvvəl
thumb_up 755 thumb_down 0 visibility803

1 ilə yaxındır manatın məznnəsində hansısa bir dəyişiklik hiss olunmur.

 Hürriyət Azərbaycan xəbər verir ki, 2017-ci ildə dolların dünya bazarlarında dəyərini 13% itirməsi, 2018-ci ilin əvvəlində FED-in uçot dərəcəsini artırması ilə bağlı verdiyi qərar, qonşu ölkələrdə dolların milli valyutaya nisbətdə kəskin bahalaşması Azərbaycan manatına təsir etmədi.

Maraqlıdır, qlobal valyuta bazarlarnda baş verən bu dəyişiklik Azərbaycanda dolların məzənnəsinə niyə təsirsiz ötüşdü?

İqtisadçı Rəşad Həsənov mövzu ilə bağlı Metbuat.az-a açıqlamasında bildirib ki, dolların məzənnəsinin sabit qalması Mərkəzi Bankın məzənnə siyasəti ilə bağlıdır:

“Dünya bazarlarında neftin qiymətinin bahalaşması ölkəyə valyuta daxilolmalarının həcmini artırıb. Eyni zamanda, bu, valyuta bazarlarında təklifin həcminə təsir göstərib. Bundan başqa, valyuta bazarlarında müşahidə olunan psixoloji gərginliyi aradan qaldırıb. Beləliklə, valyuta bazarlarında tələbin də həcmində müəyyən qədər stabilləşmə gedib. Bu gün bazarlarda baş verən dəyişikliyə məzənnə faktiki olaraq cavab vermir. Ötən il neftin qiyməti may ayından sonra əhəmiyyətli dərəcədə azalmışdı. Lakin bazarda heç bir dəyişiklik hiss etmədik. Daha sonra bahalaşma prosesində analoji situasiya müşahidə olundu.

Ötən ilin aprel ayından başlaraq ABŞ dolları dünya bazarlarında mövqeyini təxminən 13% itirdi, amma yenə də manatın məznnəsi bu dəyişikliyə reaksiya vermədi. Bir neçə gün bundan əvvəl valyuta bazarlarında psixoloji gərginlik və tələbin artması müşahidə olunurdu. Faktiki olaraq bəzi banklar rəsmi bankın təyin etdiyi məzənnədən yüksək qiymətə dollar alışını həyata keçirirdi. Bu gün üzən valyuta rejimi yoxdur. Biz bu gün sabit rəqəmi hiss edirik. Bu siyasəti isə neftin bügünkü səviyyəsi gətirib çıxardı”.

İqtisadçı Əli Əhmədov qeyd edib ki, dolların stabil qalması üçün ölkənin maliyyə sektorunda bir sıra tədbirlər görülüb:

“Bu tədbirlər dolların məzənnəsinin sabitliyinə xidmət etdi, dollara tələbi azaltdı, ümumiyyətlə bu məsələdə intizam yaradıldı. Nədən söhbət gedir? Ölkəyə idxal edilən məhsulların yerli istehsalla əvəz edilməsi dollarla gətirilən mallara tələbatı azaltdı. Hazırda ölkəyə gələn dollar kütləsinin həcmi artmaqdadır. Neftin qiyməti yüksəldicə ökəyə gələn dolların sayı artır. Bu, təbii olara dollar qıtlığı məsələsini aradan qaldırır. Hökümət bu vəziyyətdən istifadə edərək dolların məzənnəsini sabitlədi və onun müəyyən müddət ərzində dəyişməyəcəyini bəyan etdi.

Dolların məzənnəsi tez-tez dəyişəndə hamıya mane olurdu. Biznes xarici tərəfdaşlarla işini qura bilmirdi, investisiyalar yatıra bilmirdi. Çünki alacağı vəsaitləri xaricdən dollarla cəlb edirdi, qaytaranda dollarıın necə olacağını bilmirdi. İnsanlar dollara yaxın düşməyə qorxurdular. Bu da biznes, invesitiya yatırımlarını azaltmışdı. Lakin artıq bir ildən çoxdur dollar stabil olaraq qalır. Xaricdə baş verən proseslərdən asılı olmayaraq, hökümət məzənnəni yenə də qoruyub saxlamağa çalışacaq. Yoxsa biznesdə inamsızlıq yarana bilər. Azı qarşıdakı bir il ərzində məzənnə dəyişməyəcək”.

Xəbərlər

Qızıl 4 dollara qədər ucuzlaşıb

Qızıl 4 dollara qədə...

access_time1 həftə əvvəl
Azərbaycanda İLK

Azərbaycanda İLK...

access_time1 həftə əvvəl
valyuta məzənnələri

valyuta məzənnələri...

access_time1 həftə əvvəl
zoom_in zoom_out