Naxçıvan vəkillərinə seminar keçirildi

Naxçıvan vəkillərinə seminar keçirildi

Naxçıvan vəkillərinə seminar keçirildi

person access_time 3 həftə əvvəl
thumb_up 1526 thumb_down 13 visibility2672

Aprelin 26-da Naxçıvan şəhərində “Vəkillik etikası: müasir çağırışlar” mövzusunda regional seminar təşkil olunmuşdur. Tədbir BMT-nin Miqrasiya Təşkilatının maliyyə dəstəyi və Azərbaycan Respublikası Vəkilləri Kollegiyası və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının təşkilati dəstəyi ilə keçirilib.

Hürriyət Azərbaycan xəbər verir ki, tədbirdən əvvəl Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərində yerləşən abidəsini ziyarət edib, dahi liderin heykəli qarşısına güllər düzərək Ümummilli liderin əziz xatirəsini yad edib.

Eyni zamanda Vəkillər Kollegiyasının rəhbərliyi Heydər Əliyevin xatirə muzeyinə səfər edib, Ulu öndərin həyat yolu ilə yaxından tanış olub.

Daha sonra vəkillərin, habelə ali təhsil müəssisələrinin hüquq fakültələrinin tələbələrinin iştirakı ilə seminar öz işinə başlayıb.

Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev tədbir iştirakçılarını salamlayaraq bu kimi tədbirlərin Naxçıvan vəkilləri üçün əhəmiyyətini vurğulamış, vəkillərin peşə etikasına riayət etmələrinin vəkilliyin nüfuzunun artırılmasına təsiri barədə auditoriyanı məlumatlandırıb.

Həmçinin çıxış üçün söz alan BMT-nin Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin təmsilçisi İsmayıl Əliyev ölkəmizdə ədalət mühakiməsinin möhkəmləndirilməsi istiqamətində dövlət tərəfindən aparılan islahatlara Miqrasiya Təşkilatının hər zaman dəstək olduğunu vurğulayıb.

Sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Aparat rəhbərinin müavini Cəlil Rüstəmov çıxış edərək Naxçıvan Muxtar Respublikasında vəkillik institutunun inkişaf etdirilməsində Muxtar Respublikanın rəhbərliyinin maraqlı olduğunu və bu sahəyə hər zaman diqqət ayrıldığını bildirib.

Seminar çərçivəsində Azzərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun “Vəkillik etikasının aktual problemləri - vəkilin nüfuzu, onun şəxsi və işgüzar keyfiyyətləri”, Muxtar Respublikanın Vəkillər Kollegiyasının sədri Tural Hüseynovun “Sosial şəbəkələr – vəkil etikasının hədləri”, Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundovun “Vəkillərin müvəkkillər ilə münasibətlərinin bəzi aspektləri”, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayevin “Vəkillərin öz həmkarları ilə münasibətləri və vəkil sirri” və Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun “Vəkillərin məhkəmə və digər orqanlar ilə münasibətləri” mövzusunda mühazirələri dinlənilib.

Sonda seminar öz işini vəkillik etikasının müxtəlif aspektləri üzrə müzakirələr ilə yekunlaşdırıb.

Qeyd olunmalıdır ki, baş tutumuş səfər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinin Naxçıvan Muxtar Respublikasına ilk rəsmi səfəri kimi yadda qalıb və eyni zamanda Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının inzibati binasına ziyarət edilib və Kollegiyanın iş şəraiti ilə tanış olunub.

 

Hürriyət Azərbaycan

Xəbərlər

Ermənistan prezidenti:

Ermənistan prezident...

access_time2 həftə əvvəl
Siyavuş Novruzov Avropadakı tənqidçi mühacirlərin Azərbaycana gətirilməsini istədi

Siyavuş Novruzov Avr...

access_time2 həftə əvvəl
Paşinyan ifşa olunur: O, əslində, kimdir?

Paşinyan ifşa olunur...

access_time2 həftə əvvəl
zoom_in zoom_out