Yerevanı etiraz dalğası bürüyüb

Yerevanı etiraz dalğası bürüyüb

Yerevanı etiraz dalğası bürüyüb

person access_time 8 ay əvvəl
thumb_up 1452 thumb_down 6 visibility2665

Ermənistanın Vətəndaş Sazişi Partiyasının lideri, “Çıxış” blokunun parlament fraksiyasının rəhbəri Nikol Paşinyan paytaxt Yerevanda davam edən etiraz aksiyası zamanı xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

Hürriyət Azərbaycan xəbər verir ki, N.Paşinyan əlləri və üzündən xəsarət alıb.

Qeyd edək ki, hazırda Yerevanda Baqramyan prospektində etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurmalar davam edir.

Polisin səs bombasından istifadə etməsi nəticəsində etiraz aksiyasında iştirak edənlərdən bəziləri yaralanıb. Ambulanslar yaralılara yetişə bilib və hazırda onlara ilkin tibbi yardım göstərilir.

10:53

Ermənistanın paytaxtı Yerevanda etirazçı tələbələrlə polis arasında toqquşma baş verib.

Hürriyət Azərbaycanın Ermənistan KİV-lərinə istinadən məlumatına görə, aprelin 16-da Yerevan Dövlət Universitetinin bir qrup tələbəsi ölkənin keçmiş prezidenti Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq tətil elan edib.

Etirazçı tələbələr dərsə girməyərək, oturaq aksiya keçiriblər və Yerevanın Baqramyan prospektini bağlayıblar.

Bu səbəbdən şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkəti iflic olub və  polis aksiya iştirakçılarını yolu açmağa çağırıb. 

Tələbələr isə bu tələbə məhəl qoymayıblar və bu zaman polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.

Hürriyət Azərbaycan

Xəbərlər

ABŞ kilsə zənglərini 100 ildən sonra qaytardı

ABŞ kilsə zənglərini...

access_time13 dəqiqə əvvəl
Suriyanın Deyr-ez-Zor əyalətinə aviazərbələr endirilib -

Suriyanın Deyr-ez-Zo...

access_time14 dəqiqə əvvəl
Parisdə “sarı jiletlilər“in aksiyası - Stansiyalar, ticarət mərkəzləri bağlandı

Parisdə “sarı jiletl...

access_time1 gün əvvəl
zoom_in zoom_out