Stoltenberq: Türkiyə qədər heç bir ölkə terrora məruz qalmayıb

Stoltenberq: Türkiyə qədər heç bir ölkə terrora məruz qalmayıb

Stoltenberq: Türkiyə qədər heç bir ölkə terrora məruz qalmayıb

person access_time 3 ay əvvəl
thumb_up 1620 thumb_down 5 visibility2656

Heç bir NATO ölkəsi Türkiyə qədər terror təhlükəsinə məruz qalmayıb.

Hürriyət Azərbaycan xəbər verir ki, bunu bu gün Türkiyəyə səfər edən NATO baş katibi Yens Stoltenberq deyib.

Qeyd edək ki, NATO baş katibi öncə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Görüşdən sonra keçirilən mətbuat konfransında Y. Stoltenberq Türkiyənin üç milyon qaçqına ev sahibliyi etdiyini qeyd edib.

Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə bağlı NATO-nu davamlı məlumatlandırdığını söyləyən Y. Stoltenberq Türkiyənin bu əməliyyat zamanı şəffaf davrandığını vurğulayıb.

ABŞ-ın Böyük Britaniya və Fransa ilə birgə Suriyada bir sıra hərbi obyektlərə zərbə endirməsinə toxunan NATO baş katibi deyib ki, kimyəvi silahlardan istifadə edilən zaman səssiz qala bilməzlər və ABŞ-ın Böyük Britaniya və Fransa ilə birgə atdığı addım da buna cavab olub.

Hürriyət Azərbaycan

Xəbərlər

Yaponiya parlamenti hökumətə etimad göstərilməməsi ilə bağlı qətnaməni

Yaponiya parlamenti ...

access_time1 gün əvvəl
Tokioda 2020-ci ildə keçiriləcək Olimpiada üçün biletlərin

Tokioda 2020-ci ildə...

access_time1 gün əvvəl
Sualtı daşımalar üçün məsafədən idarə edilən

Sualtı daşımalar üçü...

access_time1 gün əvvəl
zoom_in zoom_out