Millimiz Riqadan əvvəl Astanada oyun keçirəcək

Millimiz Riqadan əvvəl Astanada oyun keçirəcək

Millimiz Riqadan əvvəl Astanada oyun keçirəcək

person access_time 5 gün əvvəl
thumb_up 1623 thumb_down 5 visibility2375

Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib.

Hürriyət Azərbaycana verilən məlumata görə, artıq bunun üçün AFFA ilə Qazaxıstan Futbol Federasiyası arasında razılıq əldə olunub. 

Razılığa əsasən, iyunun 5-də Astana şəhərində Qazaxıstan və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Bu razılaşma çərçivəsində milli komandaların oyunundan bir gün əvvəl – iyunun 4-də Astanada Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcək.

U-21-lərin oyunu Bakı vaxtı ilə saat 17:00-da, əsas milli komandaların qarşılaşması isə saat 22:00-da başlayacaq.

Xatırladaq ki, millimiz iyunun 9-da Riqada Latviya millisi ilə də yoldaşlıq oyunu keçirəcək.

Hürriyət Azərbaycan

Xəbərlər

Britaniyalı futbolçulara rus qızlarına yaxınlaşmaq qadağan olundu

Britaniyalı futbolçu...

access_time1 gün əvvəl
“Formula-1”-də yaralananlar üçün iki xəstəxana ayrıldı

“Formula-1”-də yaral...

access_time1 gün əvvəl
Məmmədyarov Karlsenlə heç-heçə oynadı

Məmmədyarov Karlsenl...

access_time2 gün əvvəl
zoom_in zoom_out