Nazirlər Kabineti vitse-prezidentlik institutu ilə əvəzlənəcəkmi?

Nazirlər Kabineti vitse-prezidentlik institutu ilə əvəzlənəcəkmi?

Nazirlər Kabineti vitse-prezidentlik institutu ilə əvəzlənəcəkmi?

person access_time 5 ay əvvəl
thumb_up 1632 thumb_down 15 visibility2385

Bugünkü dövlət idarəetmə sistemində hər hansı bir paralellik, təkrarçılıq yoxdur.

Hürriyət Azərbaycan xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə ölkə prezidenti tərəfindən hökumətin istefaya göndərilərək, Nazirlər Kabinetinin yerindən formalaşdırılacağı məsələsinə, eyni zamanda, 2016-cı ilin sentyabr referendumundan sonra baş nazirlik (və müavinləri - red.) institutunun - təsisatının vitse-prezidentlik institutuna transformasiya olunacağı yöndə səslənən iddiaların hələ də iddia olaraq qalmasına münasibətini bildirərkən deyib.

A.Mirzəzadənin sözlərinə görə, Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması ölkə əhalisinin sayının artması və  beynəlxalq aləmdə Azərbaycanın inteqrasiya olunduğu məsələlərin çoxluğu ilə bağlıdır.

O bildirib ki, birinci vitse-prezident statusuna görə prezidentlə birbaşa təmasda olan və onun tapşırıqlarına əsasən, bu və ya digər sahəni kurasiya edən bir təsisatdır - şəxsdir.

“Eyni zamanda, Konstitusiyamızda bu gün əvvəlki kimi Nazirlər Kabineti, baş nazir və müavinləri, hökumət üzvləri statusları var və prezidentin gözlənilən inauqurasiya mərasimindən sonra hökumət istefaya gedəcək, prezident hökuməti yenidən təşkil edəcək.

Yəni, burada hər hansı bir yenilikdən, Nazirlər Kabinetinin ləğvindən söhbət gedə bilməz”, - deyə millət vəkili əlavə edib.

Hürriyət Azərbaycan

Xəbərlər

Bu il BMT Baş Assambleyasında Azərbaycanı kim təmsil edəcək?

Bu il BMT Baş Assamb...

access_time1 gün əvvəl
İlham Əliyev: “Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir”

İlham Əliyev: “Ermən...

access_time1 gün əvvəl
Milli Məclisin xüsusi iclası başa çatdı

Milli Məclisin xüsus...

access_time1 gün əvvəl
zoom_in zoom_out