ABŞ ştatı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi - Fotolar

ABŞ ştatı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi

ABŞ ştatı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi - Fotolar

person access_time 5 ay əvvəl
thumb_up 1754 thumb_down 6 visibility2764

ABŞ-ın Arizona Ştatının Senatı Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən bəyannamə qəbul edib. 

Hürriyət Azərbaycan xəbər verir ki,Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Oxu.Az-a verilən xəbərə görə, sənəd Senatın plenar iclasında Senat sədrinin müavini senator Con Kavana (John Kavanagh) tərəfindən oxunduqdan sonra yekdilliklə qəbul olunub.

Bəyannaməni Senat sədri və müavini Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edib. 

Senat sədri Stiv Yarbrounun (Steve Yarbrough) imzaladığı bəyannamədə 100 il öncə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də, dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Sənəddə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu, eləcə də, ABŞ və BMT-nin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığı və dəstəklədiyi bildirilir.

Bəyannamədə ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Bəyannamədə 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmasına, terrorizm, narkotik vasitələrin qaçaqmalçılığı və insan alverinə qarşı mübarizədə uğurla əməkdaşlıq etdiyi bildirilir.

Bundan başqa, Azərbaycanın ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir. Sənəddə ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlər ilə münasibətləri bundan sonra da gücləndirməsinin zəruriliyi vurğulanır. 

Sənəddə  qeyd olunur ki, Los-Ancelesdəki Baş Konsulluq vasitəsilə Azərbaycan Arizona ilə son illərdə güclü əlaqələr qurub.

Bəyannamənin sonunda Arizona Ştat Senatı tərəfindən Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə bir daha qəti dəstək ifadə edilir və ABŞ-Azərbaycan strateji tərəfdaşlığının daha da gücləndirilməsinin önəmi qeyd olunur. 

Hürriyət Azərbaycan

Xəbərlər

Bu il BMT Baş Assambleyasında Azərbaycanı kim təmsil edəcək?

Bu il BMT Baş Assamb...

access_time1 gün əvvəl
İlham Əliyev: “Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir”

İlham Əliyev: “Ermən...

access_time1 gün əvvəl
Milli Məclisin xüsusi iclası başa çatdı

Milli Məclisin xüsus...

access_time1 gün əvvəl
zoom_in zoom_out