Milli Şura Bakıda mitinq keçirir - 1000 nəfərədək insan iştirak edib. - Yenilənib

Milli Şura Bakıda mitinq keçirir - 1000 nəfərədək insan iştirak edib. - Yenilənib
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın bu gün keçirdiyi mitinqlə bağlı açıqlama yayıb.
Hürriyət Azərbaycanın APA-a istinadən xəbərinə görə, açıqlamada deyilir:
“Aprelin 14-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”.
15:25
Bakıda Milli Şuranın mitinqi başlayıb.
Hürriyət Azərbaycanın APA-a istinadən xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya keçmiş “Məhsul” stadionunda keçirilir.
Mitinqdə Müsavat Partiyası da iştirak edir.
Aksiya iştirakçılarının təhlükəsizliyi polis tərəfindən təmin olunur.
Hürriyət Azərbaycan