Ekspert: Dünyanın taleyini “Tomohavk” və “Pansir” raketləri həll edəcək

Ekspert: Dünyanın taleyini “Tomohavk” və “Pansir” raketləri həll edəcək

Ekspert: Dünyanın taleyini “Tomohavk” və “Pansir” raketləri həll edəcək

person access_time 1 həftə əvvəl
thumb_up 1652 thumb_down 4 visibility2659

Suriyanın Duma şəhərində baş verən hələ təsdiqini tapmamış kimyəvi hücuma cavab olaraq Tramp administrasiyası, çox düşünüb-daşınmadan, Suriyanın bombalanması əmrini verib. Suriyanın hərbi və mülki obyektlərinə “Tomohavk” raketləri ilə zərbələr endirilib.

Bu raketlərin buraxılması ABŞ-ın “topçu diplomatiyasının” başa çatdığını və “Tomohavk diplomatiyasının” başladığını göstərir.

Hürriyət Azərbaycan xəbər verir ki, bu barədə Oxu.Az-a “Baku Network” ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov danışıb.

Azərbaycanlı ekspertin sözlərinə görə, bu raketlərdən (“Tomohavklar”-red.) amerikalılar demək olar ki, iştirak etdikləri bütün münaqişələrdə istifadə edib.

“Fəratın bir sahilinə dislokasiya olunmuş xüsusi təyinatlılara cavab olaraq, həmin istiqamətə raketlər yönəlib. “Tomohavk”dan istifadə hər zaman effektiv olub. Görünən odur ki, Tramp administrasiyası, Suriya münaqişəsində Rusiyaya siyasi təsir resursunun tükəndiyini gördüyündən, vəziyyəti tam öz nəzarətinə götürməyə qərar verib.

Rusiya, İran və Ankaranın “Biz terrorçulara qalib gəldik və "İslam dövlətinin" yaranmasına imkan vermədik” kimi qələbə bəyanatlarına Vaşinqtondan “Yox, bir qədər aralaşın, bunu Mən edəcəm” cavabı gəldi”, - deyə fəlsəfə elmləri doktoru bildirib.

Ələsgərov əmindir ki, bu eyni zamanda Tehran və Ankaraya bir ismarıcdır. O Tehran və Ankara ki, Vaşinqtonla qaynar münaqişəyə cəlb olunma təhlükəsi ilə üzləşib.

“Çox güman ki, Əsədin mövqelərinə hücum etməklə, Vaşinqton təkcə NATO-dakı müttəqifləri Fransa və Böyük Britaniyanın deyil, eyni zamanda ərəb ölkələrinin – Səudiyyə Ərəbstanı, İordaniya, və əlbəttə ki, İsrailin qabaqcadan dəstəyini qazanıb.”, -deyə o, bildirib.

 

Saytın həmsöhbəti bildirib ki, “Tomohavkların” buraxılması hələ başlanğıcdır,  bundan sonra Suriya ətrafı bazalara dislokasiya olunmuş çoxsaylı bombardmançı aviasiyanın hava reydləri gözləniləndir.

Görünür kimlərsə Suriyanı yaşayış üçün əlverişsiz səhraya çevirmək prosesini sürətləndirmək qərarına gəlib. Tramp artıq öz əzələləri göstərdi; opponentlərinə təsir vasitəsi olan arsenalında təkcə sanksiya siyahısı deyil, qanadlı raketlərin də olduğunu nümayiş etdirdi.

İndiki halda çox şey Rusiyanın Suriya üçün yaratdığı HHM sisteminin effektivliyindən asılıdır. Son zamanlar ora orta radiuslu təsir gücünə malik olan 40-a yaxın “Pansir” HHM sistemi kompleksləri göndərilib.

HHM güclü əks-təsir göstərə bilsə, bu ABŞ-ın “isti başını” bir qədər sakitləşdirə bilər.  Situasiya “Tomohavk” raketlərinin düşmə dəqiqliyindən və zərərsizləşdirilmiş raketlərin sayından asılı olaraq dəyişə bilər”,- deyə ekspert bildirib.

Ələskərov əlavə edib ki, “Tomohavklar” hər hansı Rusiya obyektinə və ya Suriyadakı bazasına tuş gəl gəlsə, vəziyyət tam nəzarətdən çıxa bilər.

“Bu gün Rusiyanın hava kosmik qüvvələri  ABŞ-ın Aralıq dənizindəki aviadaşıyıcı qrupunu və ya Vaşinqtonun Suriya və İordaniyadakı hər hansı strukturunu məhv etməyə imkan verən daha müasir gəmi əleyhinə qanadlı raketlərə malikdir.

“Gəmi əleyhinə  raket silahlarının hazırlanmasına Rusiya böyük resurslar sərf edib. Bunun sayəsində bu gün Rusiyanın arsenalında “Qranit”, “Malaxit”, “Moskit” və “Oniks” kimi RHM silahları var. Hal-hazırda dünyanın taleyi bu iki raketin , “Tomohavk” və “Pansirin” əlindədir, bəşəriyyətin gələcəyi bu iki raketdən hansının qalib gələcəyindən asılı olacaq...”,-deyə Ələsgərov vurğulayıb.

Hürriyət Azərbaycan

Xəbərlər

Lavrov: Rusiya Suriyanın parçalanmasına icazə verməyəcək

Lavrov: Rusiya Suriy...

access_time1 gün əvvəl
Növbədənkənar seçkilər keçirməkdə Ərdoğanın niyyəti nədir?

Növbədənkənar seçkil...

access_time1 gün əvvəl
Etirazların yeni dalğası: Ermənilər küçələrə axışır

Etirazların yeni dal...

access_time1 gün əvvəl
zoom_in zoom_out