Bağlanan bankdan pulunu almaq istəyənlərin - NƏZƏRİNƏ

Bağlanan bankdan pulunu almaq istəyənlərin

Bağlanan bankdan pulunu almaq istəyənlərin - NƏZƏRİNƏ

person access_time 1 həftə əvvəl
thumb_up 1561 thumb_down 3 visibility2666

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərinə müraciət edib. 

Hürriyət Azərbaycanın məlumatına görə, müraciətdə bildirilir ki, əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu müddəti aprelin 16-da bitir.

Qeyd edək ki, kompensasiya ödənişi barədə ilk elan 17 aprel 2017-ci il tarixində dərc edilib.

“Əmanətlərin sığortalanması haqqında” qanuna görə, əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edilir.

Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcudluğunu təsdiq edən sənədlər təqdim edildikdə bu müddət əmanətçinin ərizəsinə əsasən, uzadıla bilər. Lakin bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ kompensasiya ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır.

Hürriyət Azərbaycan

Xəbərlər

TANAP Türkiyəyə 70 milyon lirə qrant ayırdı

TANAP Türkiyəyə 70 m...

access_time1 gün əvvəl
Dolların bazar ertəsinə olan məzənnəsi açıqlandı

Dolların bazar ertəs...

access_time1 gün əvvəl
Tramp: Neftin qiymətləri çox şişirdilib

Tramp: Neftin qiymət...

access_time1 gün əvvəl
zoom_in zoom_out