General mitinqlə bağlı xəbərdarlıq etdi

General mitinqlə bağlı xəbərdarlıq etdi

General mitinqlə bağlı xəbərdarlıq etdi

person access_time 5 ay əvvəl
thumb_up 1785 thumb_down 0 visibility2348

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın aprelin 14-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.

Hürriyət Azərbaycanın xəbərinə görə, idarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər hansı təxribata imkan verilməyəcək: 

“Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan fərqli şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”. 

Qeyd edək ki, Milli Şura aprelin 14-də keçmiş “Məhsul” stadionunda mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

BŞİH Milli Şuranın müraciətinə müsbət cavab verib.

Hürriyət Azərbaycan

Xəbərlər

Hicab geyinən kişi bankı qarət etdi

Hicab geyinən kişi b...

access_time1 saat əvvəl
Övladına məktəbli geyimi ala bilməyən ata intihar etdi

Övladına məktəbli ge...

access_time1 saat əvvəl
Dəhşətli virus 100 il sonra yenidən qayıda bilər

Dəhşətli virus 100 i...

access_time1 saat əvvəl
zoom_in zoom_out