Azərbaycanla İran enerji sahəsində razılığa gəldilər

Azərbaycanla İran enerji sahəsində razılığa gəldilər

Azərbaycanla İran enerji sahəsində razılığa gəldilər

person access_time 1 həftə əvvəl
thumb_up 1469 thumb_down 2 visibility2656

Azərbaycan Respublikası energetika nazirinin müavini Natiq Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdə olub.

Hürriyət Azərbaycan xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, İranın Energetika Nazirliyində keçirilən görüşdə iki ölkə arasında elektrik enerjisinin alqı-satqısının təmin olunması, Azərbaycan-İran- Rusiya enerji sistemlərinin birgə fəaliyyətinin tənzimlənməsi və üçüncü ölkəyə elektrik enerjisinin tranziti məsələləri müzakirə edilib.

“Azərenerji” ASC şirkəti ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti “TAVANİR” arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Sənədi “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev və “TAVANİR”  şirkətinin idarə heyətinin sədri A. Kordi imzalayıb.

Müqaviləyə əsasən cari ilin iyun ayından etibarən təcrid olunmuş (ada rejimində) Muğan və Astara bölgələri üçün “Azərenerji” ASC-dən 180 MVt həcmində elektrik enerjisinin idxalı prosesinə başlanacaq.

Bundan başqa, görüşdə Azərbaycan-İran- Rusiya enerji sistemlərinin birləşdirilməsi prosesinin həyata keçirilməsi üçün üçtərəfli görüşün 26 aprel 2018-ci il tarixində Bakıda keçirilməsi razılaşdırılıb. Eləcə də İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi dəhlizinin inkişafına dair geniş fikir mübadiləsi aparılıb və üçtərəfli görüşün keçirilməsinin vacibliyi bildirilib.

Hürriyət Azərbaycan

Xəbərlər

TANAP Türkiyəyə 70 milyon lirə qrant ayırdı

TANAP Türkiyəyə 70 m...

access_time1 gün əvvəl
Dolların bazar ertəsinə olan məzənnəsi açıqlandı

Dolların bazar ertəs...

access_time1 gün əvvəl
Tramp: Neftin qiymətləri çox şişirdilib

Tramp: Neftin qiymət...

access_time1 gün əvvəl
zoom_in zoom_out