Beş sərhəd pozucusu saxlanılıb

Beş sərhəd pozucusu saxlanılıb

Beş sərhəd pozucusu saxlanılıb

person access_time 5 ay əvvəl
thumb_up 1342 thumb_down 9 visibility2377

Dövlət Miqrasiya Xidmətinin (DMX) Dövlət Sərhəd Xidməti (DSX) ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı beş nəfər Şri Lanka vətəndaşı saxlanılıb.

Hürriyət Azərbaycan xəbər verir ki, DMX-dan verilən məlumata görə, araşdırma zamanı Şri Lanka vətəndaşlarının Azərbaycan-İran-Türkiyə marşrutundan istifadə etməklə qanunsuz yollarla Avropaya getmək üçün Azərbaycana gəldikləri müəyyən edilib.

Belə ki, qeyd olunan şəxslərin Avropaya aparılmasının Fransada yaşayan Sangal, Türkiyədə yaşayan Usmandar, İranda yaşayan Zəki adlı şəxslərdən ibarət beynəlxalq dəstə tərəfindən təşkil edildiyi məlum olub.

Bu məqsədlə dəstə üzvlərindən Zəkinin müraciəti əsasında Azərbaycan Respublikasının vətəndaşı İltimas Əliyev Şri Lanka vətəndaşlarını əvvəlcə Bakı şəhərində yerləşdirib. Sonradan Zəkinin sifarişi ilə əcnəbilər dövlət sərhədindən qanunsuz olaraq keçirilmək məqsədilə Yardımlı rayonu istiqamətində aparılarkən saxlanılıb.

Keçirilmiş birgə araşdırma tədbirləri nəticəsində qeyd olunan qanunsuz miqrasiya kanalının təşkilatçıları ifşa edilib.

Saxlanılmış əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Hürriyət Azərbaycan

Xəbərlər

Hicab geyinən kişi bankı qarət etdi

Hicab geyinən kişi b...

access_time1 saat əvvəl
Övladına məktəbli geyimi ala bilməyən ata intihar etdi

Övladına məktəbli ge...

access_time1 saat əvvəl
Dəhşətli virus 100 il sonra yenidən qayıda bilər

Dəhşətli virus 100 i...

access_time1 saat əvvəl
zoom_in zoom_out