Bakıda Hindistan sərgisi keçiriləcək

Bakıda Hindistan sərgisi keçiriləcək

Bakıda Hindistan sərgisi keçiriləcək

person access_time 3 ay əvvəl
thumb_up 37 thumb_down 12 visibility255

Hindistanın Ticarət və Sənaye palataları (PHD, CCD) 13-16 mart tarixlərində Bakıda “Amay” Ticarət Mərkəzində Hindistan məhsullarının nümayişini və sərgisini təşkil edəcək.  

Hürriyət.com.az-ın xəbərinə görə, bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana “Hindistanın ən yaxşıları - eksklüziv Hindistan məhsulları” adlı sərgiyə dair keçirilən mətbuat konfransında deyib. 

Səfir bildirib  ki, sərgidə Hindistanın 95 şirkəti tərəfindən yüksək keyfiyyətli məhsul və xidmətlər nümayiş etdiriləcək. O qeyd edib ki, biznes və ticarətlə  yanaşı, tədbir Hindistan mətbəxi, “Bollywood” festivalı və s. vasitəsilə "Ən yaxşı Hindistan" təcrübəsinə rəng qataraq Hindistanın zəngin mədəni irsini təsvir etməyə yönələcək: “Martın 13-də iki ölkənin biznes qurumları arasında Hindistan-Azərbaycan biznes-forumu keçiriləcək. Forum çərçivəsində Hindistan Ticarət və Sənaye palataları ilə Azərbaycanda İxracın və İnvestisiyalarının Təşviqi Fondu (AZPROMO) arasında ayrılıqda Anlaşma Memorandumu imzalanacaq".

Konfransda çıxış edən PHD-nin Avrasiya üzrə beynəlxalq məsələlər komitəsinin sədri Purrshottam Bhaggeria bildirib ki, Hindistan və Azərbaycan tarixi əlaqələrə və ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq əlaqələrindən bəhrələnir: “Hər iki ölkə rəhbərliyi birbaşa əlaqələrin inkişafında maraqlıdır. Hər iki ölkənin mədəni qrupları, biznes cəmiyyətləri arasında daimi mübadilələr həyata keçirilir. Biznes cəmiyyətləri mövcud əlaqələrin gücləndirilməsi üçün daha çox səy göstərir. Əməkdaşlığın yeni sahələrinin  aşkarlanması üçün cəhdlər göstərilir. Bu sərgi hər iki tərəfdən olan səhmdarlar üçün mühüm platforma rolunu oynayacaq və biznes əməkdaşlığının inkişafına töhfə verəcək”.

Palatanın baş katibi Saurabh Sanyal deyib ki, son statistik rəqəmlərə görə, Hindistan və Azərbaycan arasında xarici ticarətin həcmi 2017-ci ilin yanvar-dekabr aylarında  463 milyon olub ki, bu da azdır: “Bunu nəzərə alaraq sərgini təşkil etdik. Bu, ikitərəfli, eləcə də turizm əlaqələrinin inkişafına, ixracatın artmasına kömək edəcək”.

Hürriyət.com.az

Xəbərlər

Polis rəisi vəzifəsindən azad olundu

Polis rəisi vəzifəsi...

access_time1 ay əvvəl
Alpinist Babur Hüseynov Astarada dəfn olunub

Alpinist Babur Hüsey...

access_time1 ay əvvəl
Qubada itkin düşmüş alpinistlərin meyiti tapılıb

Qubada itkin düşmüş ...

access_time1 ay əvvəl
zoom_in zoom_out