121 dövlət əmlakı özəlləşdirilməyə çıxarılır

121 dövlət əmlakı özəlləşdirilməyə çıxarılır

121 dövlət əmlakı özəlləşdirilməyə çıxarılır

person access_time 3 ay əvvəl
thumb_up 0 thumb_down 0 visibility46

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən aprelin 10-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.

Hürriyət.com.az bildirir ki, komitədən “APA-Economics”ə verilən məlumata görə, budəfəki hərraca 121 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 37-si kiçik dövlət müəssisəsi, 56-sı qeyri-yaşayış sahəsi, 10-u isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə  aiddir. Özəlləşməyə çıxarılan əmlaklardan 15-i xidmət, 6-sı kənd təsərrüfatı, 4-ü sənaye, 6-sı iaşə, 6-sı təmir sahələrinə aiddir.

"Özəlləşdirilməyə çıxarılan əksər əmlaklar sərmayəçilər üçün yaxşı gəlir mənbəyidir. Belə obyektlərdən biri son dövrlər sürətlə inkişaf edən Gəncə şəhərində yerləşir. Şəhərin mərkəzində  Yeni Gəncə qəsəbəsi, Heydər Əliyev adına parkın ərazisində olan 69 saylı ictimai iaşə sahibi üçün qazanc mənbəyi ola bilər.  Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 164,2 kvadratmetrdir. Həmin obyekt investorlar üçün iaşə sahəsində əlverişlidir.

Bundan başqa, xidmət sahəsində də investorları cəlb edəcək əlverişli əmlaklar var. İmişli rayonunda yerləşən 5 saylı mağaza belə obyektlərdəndir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 580 kvadratmetrə yaxın, torpaq sahəsi isə 1000 kvadratmetr-dən çoxdur. Həmin obyektin torpaq sahəsi ilə birgə özəlləşməsi isə rentabelliyi daha da artırır.

Sənaye sahəsində də fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Daşkəsən ərazi yun qəbulu və tədarükü məntəqəsi də belə əmlaklardandır. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 950 kvadratmetr, torpaq sahəsi isə 300 kvadratmetrə yaxındır. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi iqtisadi potensialı artıran səbəblərdəndir. Bu obyekt səmərəli işləyəcəyi təqdirdə geyim istehsalı üçün xammal mənbəyinə çevrilə bilər", - deyə məlumatda vurğulanıb.

Kənd təsərrüfatı sahəsi üçün də yararlı olan əmlaklar hərraca çıxarılıb: "Belə obyektə Şirvan rayonunda yerləşən Yardımçı təsərrüfatı nümunə göstərmək olar. Həmin əmlakın ümumi faydalı sahəsi 200 kvadratmetr, torpaq sahəsi isə 150 min kvadratmetrə yaxındır. Adı çəkilən obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir. Torpaq sahəsinin də kifayət qədər geniş olması həyata keçiriləcək fəaliyyətin effektivliyini artıracaq".

Aprelin 10-da keçiriləcək hərracda investorlar üçün maraqlı ola biləcək digər bir məqam klub və mədəniyyət evinin özəlləşdirilməyə çıxarılmasıdır: "Qusar rayonunda yerləşən Xürel kənd klubunun ilkin start qiyməti münasib olmaqla investorları özünə cəlb edə bilər. Adı çəkilən əmlakın özəlləşməsinə qoşulmaq üçün öncədən həmin obyektin ilkin start qiymətinin 10%-i, başqa sözlə 1150 manat dəyərində məbləğ beh olaraq ödənilməlidir".

Budəfəki hərracda çox sərfəli, hətta 800 manata da əmlak tapmaq olar. Neftçala rayonunda yerləşən, ümumi faydalı sahəsi 16 kvadratmetr olan bərbərxana bu qiymətə satışa çıxarılacaq: "Cəmi 80 manat beh ödəməklə hərraca qoşulmaq mümkündür. Sərfəli qiymətə olan əmlakı Bərdə rayonundan da tapmaq olar. Rayonun Qaradəmirçi kəndində yerləşən Ehtiyat hissələri satışı mağazasının ilkin start qiyməti 1500 manatdır".

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Azinterservis”, “Bərdə Kərpic”, “Çatal Broyler”, “Oğuz Kəndkimya”, “Ləki Sinklənmiş qablar” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 39-u paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 15 kvadratmetr ilə 419 kvadratmetr arasında dəyişir. Bununla investorlar hərracda öz imkanlarına və biznes planlarına uyğun olaraq istənilən ölçüdə əmlak tapa bilərlər.

Nəqliyyat vasitələrinin isə markalıları müxtəlifdir. Həmin avtomobillərin ilkin start qiyməti 1300 manatla 21 min manat arasında dəyişir. Özəlləşdirilməyə çıxarılan avtomobillərin əksəriyyəti Avropa istehsalı olan maşınlardır. Buraxılış tarixləri isə 1987-2008-ci illəri əhatə edir.

Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumat öyrənmək üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Qeyd edək ki, əhalinin istənilən təbəqəsindən olan şəxslər hərraclara iştirakçı qismində qatıla bilirlər. Eyni zamanda proseduru ziyarətçi kimi canlı izləmək də mümkündür. Yaradılan bu imkan özəlləşmədə iştirak etmək istəyənlərin işini rahatlaşdırır.

Hürriyət.com.az

Xəbərlər

Qızıl 4 dollara qədər ucuzlaşıb

Qızıl 4 dollara qədə...

access_time1 ay əvvəl
Azərbaycanda İLK

Azərbaycanda İLK...

access_time1 ay əvvəl
valyuta məzənnələri

valyuta məzənnələri...

access_time1 ay əvvəl
zoom_in zoom_out