Erməni silahlı bölmələri atəşkəsi 106 dəfə pozub

Erməni silahlı bölmələri atəşkəsi

Erməni silahlı bölmələri atəşkəsi 106 dəfə pozub

person access_time 9 ay əvvəl
thumb_up 35 thumb_down 3 visibility204

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 106 dəfə pozub.

Hürriyət.com.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Novruzlu, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Hürriyət.com.az

Xəbərlər

Mübariz üçün mübarizə !

Mübariz üçün mübariz...

access_time1 gün əvvəl
Bakıda 22 yaşlı gənc itkin düşdü

Bakıda 22 yaşlı gənc...

access_time1 gün əvvəl
DİN-dən əməliyyat -

DİN-dən əməliyyat -...

access_time1 gün əvvəl
zoom_in zoom_out