Azərbaycan jurnalistlərinin VII qrultayı keçirilib

Azərbaycan jurnalistlərinin VII qrultayı keçirilib

Azərbaycan jurnalistlərinin VII qrultayı keçirilib

person access_time 3 ay əvvəl
thumb_up 150 thumb_down 35 visibility2502

Bu gün Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib.

Hürriyət.com.az-ın xəbərinə görə, qurultayda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin keçmiş üzvləri sədarəti təşkil ediblər. 3 nəfərdən ibarət Katiblik yaradılıb, 3 nəfərdən ibarət Mandat komissiyası, 5 nəfərdən ibarət Say komissiyası formalaşıb. Daha sonra qurultayın reqlament və gündəliyi təsdiqlənib.

Mətbuat Şurası (MŞ) sədri Əflatun Amaşov hesabat – məruzə ilə çıxış edib.

O bildirib ki, ilk qurultaydan bu günə kimi Mətbuat Şurası mərhələli şəkildə inkişaf yolu keçib: “Medianın iqtisadı durumunun yaxşılaşdırılması, jurnalistlərin mənzil - məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət dəstəyi mövcuddur”.

MŞ sədri qeyd edib ki, ötən dövrdə Mətbuat Şurasının Şikayətlər Komissiyasında 932 şikayətindən 711-i araşdırılıb: “Şikayətlərdən 584-ü Komissiyada həllini tapıb. İdarə Heyətinin 134 qərarında isə Kütləvi İnformasiya Vasitələrinin peşə etikasına etinasızlıq etməsi göstərilib”.

Mətbuat Şurası tərəfindən prezident, parlament və bələdiyyə seçkilərində jurnalistlərin fəaliyyətinin monitorinqinin aparıldığını xatırladan Ə. Amaşov bildirib ki, Şuranın təşkilatçılığı ilə keçirilən tədbirlər cəmiyyətdə söz və mətbuat azadlığının dərinləşməsinə həsr olunub, Şurada xarici media orqanlarının nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

“Ədalət” qəzetinin baş redaktoru, millət vəkili Aqil Abbas reket jurnalistlərinə qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini ifadə edib.

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov da ölkəyə idxal olunan qəzet kağızı və qəzet məhsullarının üzərindən əlavə dəyər vergisindən götürülməsinin vacibliyi vurğulayıb. O əlavə edib ki, Mətbuat Şurası haqqında ayrıca qanun qəbul edilməlidir və Şura qanuna əsasən fəaliyyətini davam etdirməlidir.

Çıxışçılar Mətbuat Şurası sədrinin və Nəzarət – Təftiş Komissiyalarının hesabatlarını qənaətbəxş hesab ediblər.

Hesabatlar ətrafında müzakirələr aparılıb, Şuranın  sədri və İdarə Heyətinin yeni tərkibi seçilib.

Qeyd edək ki, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edib.

Hürriyət.com.az

Xəbərlər

Polis rəisi vəzifəsindən azad olundu

Polis rəisi vəzifəsi...

access_time1 ay əvvəl
Alpinist Babur Hüseynov Astarada dəfn olunub

Alpinist Babur Hüsey...

access_time1 ay əvvəl
Qubada itkin düşmüş alpinistlərin meyiti tapılıb

Qubada itkin düşmüş ...

access_time1 ay əvvəl
zoom_in zoom_out