AMOR Moskvada Vladimir Putinə dəstək aksiyası keçirib

AMOR Moskvada Vladimir Putinə dəstək aksiyası keçirib

AMOR Moskvada Vladimir Putinə dəstək aksiyası keçirib

person access_time 3 ay əvvəl
thumb_up 30 thumb_down 0 visibility205

Moskvada Rusiyanın Azərbaycan Gənclər Birliyinin (AMOR) təşkilatçılığı ilə Rusiya Federasiyasında keçiriləçək prezident seçkilərində Vladimir Putinə dəstək kampaniyası çərçivəsində mini futbol üzrə millətlərarası turnir təşkil olunub.

Hürriyət.com.az-ın məlumata görə, Spartak idman kompleksində keçirilən turnirin açlışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycan Gənclər Birliyinin idarə heyətinin üzvü Emin Hacıyev, akademik Fazil Qurbanov, Moskva Dövlət Humanitar İqtisad universitetinin rektoru Vaqif Bayramov və diaspor nümayəndələri iştirak ediblər.

Səfir Polad Bülbüloğlu aksiyanın təşkilinə görə AMOR sədri Leyla Əliyevaya təşıkkürünü bildirib. O, idmanın gəncləri birləşdirən vasitə olduğunu söyləyib: “Əminəm ki, Rusiya xalqı, gəncləri doğru seçim edəcək”.

Emin Haciyev Rusiyada yaşayan azərbaycanlı gəncləri 18 martda seçkilərdə iştirak etməyə çağırıb: "AMOR gənclərinin bir namizədi var, o da Vladimir Putindir. Rusiyanın azərbaycanlı gənclər Vladimir Putini dəstəkləyir”.

Akademik Fazil Qurbanov çıxışında Rusiya azərbaycanlılarının Vladimir Putini dəstəklədiyini bildirib.

"Rusiya Xalıqları Vladimir Putini dəstəkləyir", "Rusiya Azərbaycan gəncləri Vladimir Putinlə birlikdə", "Birlik, güc, gələcək!" şüarları altında keçirilən mini futbol üzrə turnirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Gürcüstan, Özbəkistan, Tacikistanla yanaşı, Rusiyanın reqionlarının da iştirak etdiyi turnirdə 12 komanda güclərini sınayıb.

Hürriyət.com.az

Xəbərlər

Ermənistan prezidenti:

Ermənistan prezident...

access_time1 ay əvvəl
Siyavuş Novruzov Avropadakı tənqidçi mühacirlərin Azərbaycana gətirilməsini istədi

Siyavuş Novruzov Avr...

access_time1 ay əvvəl
Paşinyan ifşa olunur: O, əslində, kimdir?

Paşinyan ifşa olunur...

access_time1 ay əvvəl
zoom_in zoom_out