Gürcüstanın baş naziri Rusiya rəhbərliyini münasibətləri normallaşdırmağa çağırıb

Gürcüstanın baş naziri Rusiya rəhbərliyini münasibətləri normallaşdırmağa çağırıb

Gürcüstanın baş naziri Rusiya rəhbərliyini münasibətləri normallaşdırmağa çağırıb

person access_time 2 ay əvvəl
thumb_up 462 thumb_down 100 visibility3959

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Rusiya rəhbərliyinə müraciət ünvanlayıb.

Hürriyət.com.az-ın məlumatına görə, G. Kvirikaşvili müraciətində bu ilin avqustunda 2008-ci il müharibəsinin 10 illiyinin tamam olacağını qeyd edib. Baş nazir bu faciəvi hadisənin gürcü xalqının düşüncəsində, Gürcüstan və Rusiya arasındakı münasibətlərdə dərin iz qoyduğunu bildirib: “Diplomatik əlaqələr kəsilib. Moskva tərəfindən Abxaziya və Tsxinvali bölgələrinin müstəqilliklərinin tanınması normal dövlətlərarası münasibətlərin qurulması ilə bağlı perspektivləri faktiki olaraq dalana dirəyib”.G.Kvirikaşvili müraciətində Rusiya tərəfini münasibətləri tilsimlənmiş dairədən çıxarmaq üçün kiçik də olsa, düşünülmüş addımlar atmağa çağırıb: “Biz abxaz və osetinlərlə birbaşa dialoqa hazırıq. Siyasi iradə olacağı təqdirdə, digər düşünülmüş addımların da atılmasını mümkün hesab edirik”.

Baş nazir vurğulayıb ki, Rusiya ilə ticari-iqtisadi münasibətlər bərpa olunsa da, faciəvi hadisələr bu gün də davam edir: “Bu, Gürcüstan-Rusiya münasibətlərinin nizamlanması üzrə perspektivlərə xələl gətirir. Sonuncu faciəvi nümunə Gürcüstan vətəndaşı Arçil Tatunaşvilinin Tsxinvalidə iki həftə öncə qeyri-müəyyən şəraitdə ölməsidir və onun meyiti Gürcüstan hakimiyyəti, patriarx və beynəlxalq ictimaiyyətin çoxsaylı səylərinə baxmayaraq, hələ də ailəsinə təhvil verilməyib”.G. Kvirikaşvili Rusiya rəhbərliyini bugünkü gün və gələcək nəsillər qarşısında məsuliyyəti dərk edərək çətin vəziyyətin aradan qaldırılması üçün birgə addımlar atmağa çağırıb.

Hürriyət.com.az

Xəbərlər

Ərdoğan: ”Fələstin məsələsini yenidən BMT Baş Assambleyasının gündəminə gətirəcəyik”

Ərdoğan: ”Fələstin m...

access_time4 gün əvvəl
KXDR Cənubi Koreya ilə görüşdən imtina edib

KXDR Cənubi Koreya i...

access_time1 həftə əvvəl
Paşinyan bu mandatından getdi

Paşinyan bu mandatın...

access_time1 həftə əvvəl
zoom_in zoom_out