“Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığı regional sabitliyi möhkəmləndirən amildir” - İzoria

“Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığı regional sabitliyi möhkəmləndirən amildir”

“Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığı regional sabitliyi möhkəmləndirən amildir” - İzoria - İzoria

person access_time 5 ay əvvəl
thumb_up 450 thumb_down 65 visibility3785

Azərbaycan prezidenti İlham Əliyev martın 9-da Gürcüstan müdafiə naziri Levan İzorianı qəbul edib.

Hürriyət.com.az-ın məlumatına görə, dövlət başçısı ölkələrimiz arasında siyasi münasibətlərin uğurla inkişaf etdiyini bildirib, müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığımızın uzun illər müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb və L. İzorianın Azərbaycana səfərinin bu sahədə əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

L. İzoria isə Gürcüstan xalqının Azərbaycanın dövlət başçısına şəxsən hörmətini bir daha ifadə edərək ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafında prezident İlham Əliyevin böyük xidmətlərinin olduğunu vurğulayıb. Qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib. L. İzoria Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığına toxunaraq bunu regional sabitliyi möhkəmləndirən amil kimi dəyərləndirib, üç ölkənin birgə hərbi təlimlərinin uğurla keçirildiyini bildirib.

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi, energetika, nəqliyyat sahələrində uğurlu qarşılıqlı fəaliyyətin olduğunu bildirən dövlət başçısı ölkələrimizin həyata keçirdiyi qlobal layihələrin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev, öz növbəsində, ölkəmizin Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib.

Hürriyət.com.az

Xəbərlər

Ermənistan mövqelərimizi iriçaplı silahlarla atəşə tutdu

Ermənistan mövqeləri...

access_time1 gün əvvəl
Ermənilər indi də Laçında xəstəxana tikir

Ermənilər indi də La...

access_time2 gün əvvəl
Ermənistan cəbhədə təxribat törətdi

Ermənistan cəbhədə t...

access_time2 gün əvvəl
zoom_in zoom_out