Prezidentliyə namizədlərin sayı dördə çatıb

Prezidentliyə namizədlərin sayı

Prezidentliyə namizədlərin sayı dördə çatıb dördə çatıb

person access_time 9 ay əvvəl
thumb_up 0 thumb_down 0 visibility89

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında prezidentliyə namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Zahid Məhərrəm oğlu Orucun, prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadənin, prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyevin namizədliyinin qeydə alınması məsələsinə baxılacaq.

Hürriyət.az-ın Report-a istinadən verdiyi xəbərə görə, həmin şəxslərlə bağlı MSK katibi Arifə Muxtarova məlumat verəcək.

Onların namizədliyi qeydə alınarsa, prezidentliyə qeydə alınmış namizədlərin sayı 4 olacaq.

Qeyd edək ki, MSK 15 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib. Onlardan yalnız namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.

Hürriyət.az

Xəbərlər

Salome Zurabişvili​ bu gün

Salome Zurabişvili​ ...

access_time14 saat əvvəl
İlham Əliyev Çavuşoğlunu qəbul etdi -

İlham Əliyev Çavuşoğ...

access_time2 gün əvvəl
Siyasətin Şərqə axıtdığı güc və pul:

Siyasətin Şərqə axıt...

access_time3 gün əvvəl
zoom_in zoom_out