Azərbaycanın "Eurovision 2018" mahnısı Elan olundu!

Azərbaycanın

Azərbaycanın "Eurovision 2018" mahnısı Elan olundu!

person access_time 6 ay əvvəl
thumb_up 569 thumb_down 0 visibility5939

Azərbaycanı "Eurovision 2018" musiqi yarışmasında təmsil edəcək Aysel Məmmədovanın oxuyacağı mahnı dəqiqləşdi.

Hürriyət.az xəbər verir ki, "bu il Aisel” adı ilə səhnəyə çıxacaq təmsilçimiz "X My Heart” adlı mahnını ifa edəcək. 

 

Aysel məmmədova kimdir?

Qeyd edək ki, Aysel Məmmədova 1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Musiqiçi ailəsində doğulan Ayselin həyatı uşaqlıqdan musiqilə bağlı olub. O 1995-2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aysel "Caspian Jazz & Blues Festival"(2002), Bakı Beynəlxalq Caz Festivalı(2005/2006), "MuzEnergo Festival of Music İmprovisation"(2007), Montro Caz Festivalı (2009) Emil İbrahimin musiqi qrupunun müşayiəti ilə, Qafqaz Caz Festivalı (2012) və "Jara-2017" festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub.

Aysel 2013-cü ildə tanınmış musiqiçilər Aleksandr Coppaloni və 2015-ci ildə isə Deborah.J.Carterdən özəl dərslər alıb. Eyni zamanda Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada keçirilən musiqi tədbirlərində də iştirak edib.

Aysel pianoçu, vokalist və bəstəkardır.

Müğənninin yarışmada ifa edəcəyi mahnını təqdim edirik:

https://www.youtube.com/watch?v=EVEhrwDzdCE

Hürriyət.az

Xəbərlər

Gənclər Fondundan 18-29 yaşlı gənclərə

Gənclər Fondundan 18...

access_time2 gün əvvəl
Üzeyir Hacıbəyli irsinin sadiq, yorulmaz təbliğatçısı...

Üzeyir Hacıbəyli irs...

access_time2 gün əvvəl
8 ayda Azərbaycana ən çox bu ölkələrdən turist gəlib -

8 ayda Azərbaycana ə...

access_time2 gün əvvəl
zoom_in zoom_out