Azərbaycanlılardan kaliforniyalı senatora ÇƏTİN SUALLAR

Azərbaycanlılardan kaliforniyalı senatora

ÇƏTİN SUALLAR

person access_time 2 ay əvvəl
thumb_up 265 thumb_down 0 visibility4126

Azərbaycanlılar ABŞ-da anti-türk təxribatının qarşısını aldılar.

Kaliforniyadakı azərbaycanlılar 1915-ci ildə Osmanlı dövründə və 1988-ci ildə Sumqayıtda baş verən hadisələrlə bağlı Senatdakı (Birləşmiş Ştatların qanunvericilik orqanının yuxarı palatası) erməni lobbisinin yalan ifadələrinə cavab veriblər.

Hürriyət.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında  Senatda erməni lobbisinin təşəbbüsü ilə Sumqayıt şəhərində 1988-ci il hadisələrinin 30-cu ildönümünə həsr olunmuş dinləmələr keçirilib.

Dinləmələrdə, həmçinin 1915-ci il Osmanlı dövlətində baş verən hadisələr barədə də məsələ qaldırılıb. Dinləmələri təşkil edən senatorlar Türkiyəni "erməni soyqırımı"nda günahlandırıblar.

Ancaq Kaliforniyadakı Azərbaycan diasporunun fəalları senatorların əsassız ifadələrinə həlledici cavab veriblər.

Aktivistlər, dinləmələrdə Kaliforniyadakı erməni lobbisinin köhnə patronu senator Antoni Portantinoya Xocalı soyqırımı və Dağlıq Qarabağın erməni işğalı ilə bağlı növbə ilə süallar veriblər.

Amerika Birləşmiş Ştatlarının azərbaycanlı vətəndaşları senatorun məsələyə birtərəfli və qərəzli yanaşdığını və yalnız Ermənistan tərəfinə söz verdiyini diqqət mərkəzinə çatdırıblar.

"Erməni lobbisi və Kaliforniyada yaşayan Ermənistan vətəndaşları sizi aldadırlar, siz bütün Kaliforniyanı təmsil edən senatorsunuz və məhz sizin borcunuzdur ki,bu kimi yalanların üstünü açmaqla həqiqəti ortaya çıxarasınız. Biz kaliforniyalılar bu vəziyyətdən məyus oluruq. Biz azərbaycanlılar, sizin dəstəklədiyiniz  Ermənistan tərəfindən hücuma məruz qalmışıq. Siz Sumqayıt hadisələri barədə söhbət etdiniz, onların təşəbbüskarları məsuliyyətə cəlb olundular. Lakin 1992-ci ildə Xocalıda dinc azərbaycanlılara qarşı erməni silahlı birləşmələri tərəfindən insanlıq əleyhinə olan dəhşətli cinayətin qatilləri hələ də layiqli bir cəza almayıblar. Xocalı soyqırımı ilə əlaqədar da dinləmələr keçirmək niyyətindəsinizmi?", - deyə azərbaycanlı fəallardan biri soruşub.

Sonra Azərbaycan diasporunun nümayəndələri Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı soyqırımı haqqında danışıblar.

Xəbərlər

Ərdoğan: ”Fələstin məsələsini yenidən BMT Baş Assambleyasının gündəminə gətirəcəyik”

Ərdoğan: ”Fələstin m...

access_time4 gün əvvəl
KXDR Cənubi Koreya ilə görüşdən imtina edib

KXDR Cənubi Koreya i...

access_time1 həftə əvvəl
Paşinyan bu mandatından getdi

Paşinyan bu mandatın...

access_time1 həftə əvvəl
zoom_in zoom_out