FHN-in leytenantına hökm oxundu

FHN-in leytenantına hökm oxundu

FHN-in leytenantına hökm oxundu

person access_time 2 ay əvvəl
thumb_up 650 thumb_down 0 visibility3722

Bakı Ağır Cinayətlər Məhkəməsində silsilə oğurluqlar törətməkdə təqsirləndirilən Fövqəladə Hallar Nazirliyinin baş leytenantı Nicat Əliyev və dəstənin digər üzvlərinə hökm oxunub.

Hürriyət.az-ın Qafqazinfo.az-a istinadən verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə O.Quliyev 5 il, T.Əsgərov, N.Əliyev, R.Bayramov, C.Heydərovun hər biri 4 il və C.İsazadə isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq zamanı azadlıqda qalan C.İsazadə məhkəmə zalında həbs olunub.

İttihama görə, dəstənin silsilə cinayətlərinin üstü isə Səbail rayonu, Badamdar qəsəbə sakini Əbdüləzim Mustafayevin şikayətindən sonra açılıb. Onun obyektindən 9000 manat olan 9 ədəd «Bosch» markalı kondisionerlər və digər müxtəlif məişət cihazları oğurlanıb. Dəstə üzvləri cinayətlərin əksəriyyətini eyni qəsəbədə həyata keçiriblər. Zərərçəkmişlərin də bəziləri vəzifə sahibi olub.

Belə ki, evindən 215 manatlıq bijuteriya və 200 manat pul oğurlanan Vüqar Əliyev Dövlət Gömrük Komitəsinin Aksiz baş gömrük idarəsinin Fəaliyyətin qiymətləndirilməsi bölməsinin rəisi vəzifəsində işləyir.  Həyət evindən 17 min 526 manatlıq qızıl oğurlanan Mərahim Ələkbərov isə “Azəravtoyol” ASC-də Beynəlxalq əlaqələr şöbəsində mütəxəssis vəzifəsində işləyir. Evindən 2500 manat dəyərində məişət avadanlıqları oğurlanan Mübaris Qəhrəmanov da “Tirmə” firmasında direktor vəzifəsində işləyir. Heydər Əliyev adına liseydə ingilis dili müəlliməsi işləyiən Ayna Sadıqovanın evindən 21343 manatlıq qızıl və brilyant qaşlar oğurlanıb. “AG” bank ASC-də kommunikasiya böyük mühəndisi Azad Əliyevə məxsus evdən 12 min manatlıq qızıl-zinyət əşyaları da onların “yem”inə çevrilib.

Dəstə üzvləri bundan başqa, Əfqan İbrahimova məxsus fərdi evdən 700 manat dəyərində «HP» markalı noutbuk və ümumi dəyəri 2000 manat olan qızıl, “Dell” markalı noutbook, 100 ABŞ dolları, 100 manat, İsmayıl Dağıstanlıya məxus evdən 360 manat dəyərində 3 ədəd suvenir, Abbasqulu Tağıyevə məxsus evdən 2800 manat nəğd pul, bir ədəd qızıl saat və bir ədəd brilliant qaşlı üzük, Şahmar Bağırova məxsus evdən 750 manat dəyərində «ASUS» markalı noutbuk və içərisində 300 manat pul olan daxılı, Rəşad Əkbərova məxsus evdən 2 ədəd qızıl sep və 25 manat pulun oğurlamaqda təqsirləndirilirlər.

1992-ci ildə Lerik rayonunda anadan olan N.Əliyev bu cinayətləri törədərkən Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından mühafizə xidmətində Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə inspektor vəzifəsində işləyib və baş leytenant rütbəsi daşıyıb.

Xəbərlər

Polis rəisi vəzifəsindən azad olundu

Polis rəisi vəzifəsi...

access_time5 gün əvvəl
Alpinist Babur Hüseynov Astarada dəfn olunub

Alpinist Babur Hüsey...

access_time5 gün əvvəl
Qubada itkin düşmüş alpinistlərin meyiti tapılıb

Qubada itkin düşmüş ...

access_time1 həftə əvvəl
zoom_in zoom_out