Taksi sürücüsü naməlum şəxslər tərəfindən qaçırıldı

Taksi sürücüsü naməlum şəxslər tərəfindən qaçırıldı

person access_time 1 il əvvəl
thumb_up 0 thumb_down 0 visibility473

Bakı-Gəncə marşrutu üzrə şəxsi “Mercedes” markalı avtomobili ilə sərnişin daşımaqla məşğul olan 1972-cü il təvəllüdlü Mahir Məmmədov naməlum şəxslər tərəfindən soyğunçuluğa məruz qalıb.

HÜRRİYET.COM.AZ-ın xəbərinə görə, Gəncəyə getmək adı ilə M.Məmmədovun avtomobilinə əyləşən iki nəfər əvvəlcə maşını Biləcəri qəsəbəsinə sürdürüblər. Həmin şəxslər Biləcəridə sürücüyə hücum edərək onun əl-qolunu bağlayıblar. Bundan sonra naməlum şəxslər M.Məmmədovu da avtomobilə qoyaraq maşını İsmayıllı rayonuna sürüblər. Onlar həmin rayonun Bizlan kəndində sürücünü meşə ərazisində avtomobildən düşürərək ərazidən uzaqlaşıblar.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparırlar.

 

Xəbərlər

Taksidə siqaret çəkməyin cəriməsi -

Taksidə siqaret çəkm...

access_time1 saat əvvəl
Sabah Bakıda bu yollar bağlı olacaq

Sabah Bakıda bu yoll...

access_time1 saat əvvəl
Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktoru hansı məşhurun qohumudur?

Arvadını 5-ci mərtəb...

access_time1 saat əvvəl
zoom_in zoom_out