Vaxt müəyyənləşdi... velosipedçilər oxusun

Vaxt müəyyənləşdi...

velosipedçilər oxusun

person access_time 6 ay əvvəl
thumb_up 0 thumb_down 0 visibility452

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2018” veloturunun keçirilmə vaxtı müəyyənləşib.

Azərbaycan Velosiped Federasiyasının məlumatına görə, gələn il mayın 9-13-də planetin ən güclü şosse velosiped komandaları yenidən Azərbaycanda mübarizə aparacaqlar. 5 günlük yarış artıq Beynəlxalq Velosipedçilər İttifaqının 2018-ci il üçün müəyyənləşdirdiyi təqvim planına da daxil edilib.Federasiyadan bildirilib ki, “Tour d’Azerbaidjan-2018” şosse velosipedi üzrə gələn ilin mayında qəbul edəcəyimiz yeganə yarış olmayacaq – sözügedən veloturda iştirak etmək üçün Azərbaycana gələcək komandalar mayın 8-də bir günlük “Bakı-Xızı Eko” turunda da yarışacaqlar. Beynəlxalq Velosipedçilər İttifaqının kifayət qədər yüksək səviyyəli yarışı hesab edilən 1.1 kateqoriyalı velotur da artıq qurumun təqvim planında yer alır.Xatırladaq ki, şosse velosipedi üzrə gələn ilin mayında keçiriləcək bu 2 yarışdan əlavə, iyunun 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə (olimpiya idman növü) dünya çempionatı da təşkil olunacaq.

 

Xəbərlər

Rusiya kubokunun qalibi Avropa Liqasına buraxılmayacaq

Rusiya kubokunun qal...

access_time1 ay əvvəl
Fərid Əzizov:

Fərid Əzizov: "İdman...

access_time1 ay əvvəl
Arda Turan rekord cəza alıb

Arda Turan rekord cə...

access_time1 ay əvvəl
zoom_in zoom_out