Bakıdan Yaponiyaya növbəti reys açılır

Bakıdan Yaponiyaya növbəti reys açılır

Dekabrın 29-dan başlayaraq...

person access_time 1 ay əvvəl
thumb_up 0 thumb_down 0 visibility109

Dekabrın 29-dan başlayaraq Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti Yaponiyanın Kansay aeroportuna yük təyyarələrinin birbaşa uçuşunu təşkil edəcək.

Bu barədə Yaponiyanın “Aviation Wire” saytı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, həftədə bir dəfə, cümə günlərində reallaşacaq  reyslər Bakıdan Osakaya uçacaq. Bakıdan Osakaya 7L608 reysini həyata keçirəcək təyyarə səhər saat 5:00-da havaya qalxacaq və yerli vaxtla saat 19:00-da Osaka aeroportuna enəcək. Reysi həyata keçirmək üçün şirkətə məxsus 113 ton yükgötürmə qabiliyyətinə malik “Boeing 747-400” və ya 134 ton yükgötürmə qabiliyyətinə malik “Boeing 747-8F” təyyarələrindən istifadə ediləcək.

Əlavə olaraq bildirilir ki, Azərbaycandan Yaponiyanın Komatsu aeroportuna artıq iki ildir ki, birbaşa yük təyyarələri uçur.

 

Xəbərlər

Taksi sürücüsü naməlum şəxslər tərəfindən qaçırıldı

...

access_time1 ay əvvəl
Rövşən Tağıyev: Müştərilərimizi getdikləri ünvana qədər müşaiət edirik

...

access_time1 ay əvvəl
Gəncədə dəhşətli qətl törədilib

20 yaşlı oğlan meyit...

access_time1 ay əvvəl
zoom_in zoom_out