Bərdədə yanğın olub- Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

Bərdədə yanğın olub-

Bərdədə yanğın olub Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

person access_time 1 həftə əvvəl
thumb_up 5 thumb_down 1 visibility61

Bərdə rayonunda təzə bazarda sahibkarlara məxsus 2 obyekt yanıb.

HURRİYET.COM.AZ-ın xəbərinə görə, bu gün səhər saatlarında bazardakı aptek və toxum mağazasında yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olub. Alov digər mağazalara keçmədən yanğın söndürülüb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, Bərdə rayonu, Güloğlular kəndində bir çardaq altında tikilmiş ümumi sahəsi 60 m2 olan mağazanın anbarının dam örtüyünün və tavanının yanar konstruksiyaları 36 m2 sahədə, ümumi sahəsi 52 m2 olan aptekin lambirdən ibarət tavanı 20 m2 sahədə və hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 60 m2 olan digər mağazanın lambirdən ibarət tavanı 10 m2 sahədə yanıb.

Mağazaların və aptekin qalan hissələri və bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. ​   

Xəbərlər

Bərdədə yanğın olub-

Bərdədə yanğın olub...

access_time1 həftə əvvəl
Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri - YENİLƏNİB - FOTO

Prezident İlham Əliy...

access_time3 həftə əvvəl
Hacıqabullu məktəbliləri maraqlı ekskursiya gözləyir

Hacıqabullu məktəbli...

access_time1 il əvvəl
zoom_in zoom_out