Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

person access_time 2 ay əvvəl
thumb_up 2 thumb_down 0 visibility275

Azərbaycan Prezidenti cənab İlham Əliyev Gürcüstan prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı məktubu göndərib.

Məktubda deyilir: "Hörmətli cənab Prezident!

Batumi şəhərində mehmanxanada baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Qeyd edək ki, Batumi şəhərində mehmanxanada baş vermiş yanğın nəticəsində 12 nəfər ölüb, xeyli insan yaralanıb.

Xəbərlər

Siyavuş Novruzovdan Zahid Oruca sərt ifadələr-

...

access_time2 ay əvvəl
Avropa İttifaqı nədən narahatdır?

...

access_time2 ay əvvəl
PA rəsmisi İlqar Məmmədovdan danışdı

...

access_time2 ay əvvəl
zoom_in zoom_out