Hadisə törədən sürücülər saxlanılıb ARAŞDIRMA APARILIR

Hadisə törədən sürücülər saxlanılıb

Piyadaları vurub qaçan sürücülər polis əməkdaşları tərəfindən saxlanılıblar ARAŞDIRMA APARILIR

person access_time 1 həftə əvvəl
thumb_up 0 thumb_down 0 visibility54

Noyabrın 25-də və 26-da paytaxtın Yasamal və Suraxanı rayonları ərazilərində piyadaların vurulması ilə nəticələnən yol qəzaları törədərək hadisə yerindən uzaqlaşan sürücülər müəyyən edilərək istintaqa təhvil verilib. HURRİYET.COM.AZ-ın məlumatına görə, noyabrın 25-də Bakı şəhər sakini Rauf Nadirovun aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat daxil olub.Araşdırmalarla saat 1.00 radələrində Yasamal rayonunun Xiyabani küçəsində yolu keçən piyadanın avtomobillə vurulması müəyyənləşib. 29-cu Polis Bölməsi və Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlərləyol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsinin  sürücüsü  -  Bakı şəhər sakini Həşim Sadıqov şübhəli şəxs qismində saxlanılıb.Bundan başqa noyabrın 26-da isə Quba rayon sakini Elmar Ramazanovun avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə məlumat daxil olub.Araşdırmalarla piyadanın saat 1.00 radələrində paytaxtın Yeni Suraxanı qəsəbəsində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulması məlum olub.  Suraxanı RPİ  və Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz tədbirlərlə yol-nəqliyyat hadisəsinin “Peugeot” markalı avtomobillə törədilməsi müəyyən edilib və avtomobilin sürücüsü, Bakı şəhər sakini Vüqar İmanov şübhəli şəxs qismində saxlanılıb. 

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbərlər

Taksi sürücüsü naməlum şəxslər tərəfindən qaçırıldı

...

access_time5 gün əvvəl
Rövşən Tağıyev: Müştərilərimizi getdikləri ünvana qədər müşaiət edirik

...

access_time5 gün əvvəl
Gəncədə dəhşətli qətl törədilib

20 yaşlı oğlan meyit...

access_time5 gün əvvəl
zoom_in zoom_out