Əfqanıstan prezidentinin Azərbaycana səfər tarixi- AÇIQLANDI

Əfqanıstan prezidentinin Azərbaycana səfər tarixi-

Məhəmməd Əşrəf Qani 30 noyabr-1 dekabr tarixlərində Bakıda səfərdə olacaq AÇIQLANDI

person access_time 1 həftə əvvəl
thumb_up 0 thumb_down 0 visibility56

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana səfər edəcək.

HURRİYET.COM.AZ xəbər verir ki, bu barədə Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xəlili mətbuat konfransında bildirib. O deyib ki, prezident Qani Azərbaycan prezidenti İlham Əliyevlə birgə 30 noyabr-1 dekabr tarixlərində Bakıda keçiriləcək “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının açılışında iştirak edəcəklər.

Səfər zamanı dövlət başçılarının ikitərəfli görüşü və münasibətləri irəli aparacaq beş sənədin imzalanması gözlənilir. Bunlar təhlükəsizlik, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq, təhsil, hava və iqtisadi sahədə əməkdaşlıq sənədləridir.

Tədbirdə həmçinin Türkiyənin, İranın, Hindistan və Pakistanın xarici işlər nazirləri də iştirak edəcək.

Səfir tərəfdaşlıq və güclü dəstəyinə görə Azərbaycana təşəkkür də edib.

 

Xəbərlər

Siyavuş Novruzovdan Zahid Oruca sərt ifadələr-

...

access_time5 gün əvvəl
Avropa İttifaqı nədən narahatdır?

...

access_time5 gün əvvəl
PA rəsmisi İlqar Məmmədovdan danışdı

...

access_time5 gün əvvəl
zoom_in zoom_out