XİN: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə konkret müzakirələr aparılıb

XİN: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə konkret müzakirələr aparılıb

Hikmət Hacıyev: Azərbaycan Respublikası substantiv, məntiqi və konkret danışıqları daim dəstəkləyir

person access_time 9 ay əvvəl
thumb_up 0 thumb_down 0 visibility452

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüş başa çatıb.

HÜRRİYET.COM.AZ-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, görüşdə konstruktiv və substantiv xarakter daşıyıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparılıb. Azərbaycan tərəfi aparılmış müzakirələrdən razıdır.

Görüş əsnasında təklif olunub ki, dekabrın 7-8-də ATƏT-in xarici işlər nazirlərinin Vyanada keçiriləcək toplantısı çərçivəsində Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Azərbaycan tərəfi bu təklifə razılığını bildirib.

Hikmət Hacıyev vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan Respublikası substantiv, məntiqi və konkret danışıqları daim dəstəkləyir.

Xəbərlər

Ermənistan mövqelərimizi iriçaplı silahlarla atəşə tutdu

Ermənistan mövqeləri...

access_time1 gün əvvəl
Ermənilər indi də Laçında xəstəxana tikir

Ermənilər indi də La...

access_time2 gün əvvəl
Ermənistan cəbhədə təxribat törətdi

Ermənistan cəbhədə t...

access_time2 gün əvvəl
zoom_in zoom_out