Elmar Məmmədyarov: "Biz tələb edirik ki, Dağlıq Qarabağ danışıqlarında konkret nəticələr olsun"

Elmar Məmmədyarov:

"Bu gün axşam Moskvaya yola düşürəm"

person access_time 6 ay əvvəl
thumb_up 0 thumb_down 0 visibility92

HURRIYET.COM.AZ-ın APA-ya istinadən məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira ilə Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə noyabrın 19-20-də Bakıda səfərdə olacaq.

"Müzakirə olunacaq məsələlər masa üstündədir. Biz istəyirik ki, danışıqlar naminə danışıqlar aparılmasın. Hətta tələb edirik ki, konkret nəticələr olsun. Prezidentlərin görüşündə də qeyd edildi ki, danışıqlar intensiv xarakter alsın. Bu mövqe ilə Moskvaya gedirəm.

Münaqişənin həllinin vaxtı çatıb. Hamı bilir ki, danışıqlar nəticəli olmalı, məcburi köçkünlər geri qaytarılmalı və sülh bərpa olmalıdır. Azərbaycan təkid edir ki, məsələni yerindən tərpədək".

Xəbərlər

Valideynlər uşaqları elə həddə gətirirlər ki, iş hətta intihara sürüklənir

Valideynlər uşaqları...

access_time1 həftə əvvəl
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

Bu gün II və III ixt...

access_time1 həftə əvvəl
Ümumi müsahibələr 17-18 mayda keçiriləcək

Ümumi müsahibələr 17...

access_time1 həftə əvvəl
zoom_in zoom_out