Vergilər Nazirliyinin internet resurslarının informasiya açıqlığı üzrə göstəricisi 79,1 faiz təşkil edib

Vergilər Nazirliyinin internet resurslarının informasiya açıqlığı üzrə göstəricisi 79,1 faiz təşkil edib

Vergilər Nazirliyinin internet resurslarının informasiya açıqlığı üzrə göstəricisi 79,1 faiz təşkil edib

person access_time 1 il əvvəl
thumb_up 0 thumb_down 0 visibility768

2016-cı ilin iyun- oktyabr ayları ərzində keçirilmiş monitorinq nəticəsində 70 mərkəzi icra orqanının və 68 yerli icra orqanının rəsmi saytlarının informasiya açıqlığı vəziyyəti araşdırılıb. Builki monitorinqin nəticələrinə əsasən, Vergilər Nazirliyinin internet resurslarının informasiya açıqlığı üzrə göstəricisi 79,1 faiz təşkil edib.

Hürriyət.Az “vergilər.az” saytına istinadla bildirir ki, rəsmi sayt 2006-cı və 2009-cu illərdə iki dəfə yenidən qurulub, yeni dizayn və imkanlarla istifadəçilərin ixtiyarına verilib.

2016-cı ilin 10 ayı ərzində “Onlayn bələdçi”xidmətinə edilən 18 min 770 müraciət qısa müddətdə cavablandırılıb. Saytın “Sual-cavab” bölməsinə vergi qanunvericiliyi və inzibatçılığı barədə suallar ünvanlayıb qısa müddətdə cavab almaq mümkündür.

Saytdakı elektron xidmətlərdən istifadənin asanlaşdırılması və əhalinin bütün təbəqələri üçün əlçatan olması məqsədilə “İOS” və “Android” sistemli smartfon tipli avadanlıqlar üçün xüsusi tətbiqetmələr hazırlanaraq istifadəyə verilib. Bu il ərzində “Sadələşdirilmiş verginin ödəyiciləri üçün praktiki vəsait”, “Vergiləri necə ödəyək?”, “Biznesə necə başlamalı?”, “Vergi orqanlarına müraciət”, “Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər və bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün hesablayıcı-kalkulyator” xidmətləri istifadəyə verilib.

Nazirliyin göstərdiyi xidmətlərin istifadəçilər tərəfindən necə qarşılandığını öyrənmək üçün saytda 2007-ci ildən sorğular keçirilir. Rəsmi saytda istifadəçilər üçün “Onlayn müraciət” imkanı da yaradılıb. Bu bölmə vasitəsilə vergi məsələləri ilə bağlı təklif, ərizə və şikayətlə bağlı müraciət etmək mümkündür. Saytda “Vergilər nazirinə onlayn müraciət”, “Vergi orqanı əməkdaşının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi”, “Vergi orqanı əməkdaşının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi”, “Vergi Apelyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi” xidmətləri də göstərilir.

Bütün bu xidmətlərin istifadəyə verilməsi vergi ödəyicilərinin, eləcə də bütün vətəndaşların Vergilər Nazirliyi ilə daha sıx və dost münasibət qurmasına istiqamətlənib.

Sayt tərtib edilərkən gələcəyin vergi ödəyiciləri - uşaqlar da nəzərə alınıb. “Vergilər uşaqlar üçün” bölməsi gənc nəslin vergilərə dair biliklərə yiyələnməsinə, cəmiyyətdə vergi mədəniyyətinin formalaşmasına yardımçı olur.

Xəbərlər

Qızıl 4 dollara qədər ucuzlaşıb

Qızıl 4 dollara qədə...

access_time1 həftə əvvəl
Azərbaycanda İLK

Azərbaycanda İLK...

access_time1 həftə əvvəl
valyuta məzənnələri

valyuta məzənnələri...

access_time1 həftə əvvəl
zoom_in zoom_out