Fəxri ad verdiyi iş adamının BAĞIŞLANMAZ SƏHVİ – ŞOK FAKTLAR

Fəxri ad verdiyi iş adamının BAĞIŞLANMAZ SƏHVİ – ŞOK FAKTLAR

Fəxri ad verdiyi iş adamının BAĞIŞLANMAZ SƏHVİ – ŞOK FAKTLAR

person access_time 3 il əvvəl
thumb_up 0 thumb_down 0 visibility2461

Hürriyet.Az  bakunews.az-a istinadən xəbər verir ki , milyonlarla maliyyə maxinasiyasında adı hallanan Siraclı Qeysi vəhhabilərlə nə bağlayır və onun bitirəcək hansı YANLIŞLARA yol verib?Azərbaycan mətbuatında barəsində bir çox ciddi ittihamlar yer alan “DDLAR Group” şirkətinin rəhbəri Siraclı Qeys haqqında “BakuNews”saytına sensasion məlumatlar daxil olub. Qeyd etdiyimiz kimi, bu günə qədər sözügedən iş adamının adı dəflələrlə milyonlarla manatlıq yeyintidə hallansa da, “yuxarı”lardakı əlaqəsi hesabına hər dəfə “sudan quru çıxmağı” bacarıb. Daha dəqiq desək, mətbuatın onun haqqında yazdığına heç bir əhəmiyyət verməyib. Çünki, heç bir rəsmi orqanın onun fəaliyyətini yoxlamayacağına əmin olub. Lakin bu dəfə əlimizdə olan faktların iş adamı Siraclı Qeysin işgüzar nüfuzunu alt-üst edəcəcəyinə və artıq onu heç bir məmurun xilas edə bilməyəcəyinə şübhə etmirik...

Mövzuya keçməzdən öncə, oxucularımıza məlumat verək ki, “DDLAR Group” şirkətinin əsl sahibinin Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov olduğu bildirilir. Bəzi bilgilərə əsasən, “DDLAR Group” Əliyev Şamil Əli oğlunun ilə Siraclı Qeys Məmməd oğlunun 1999-cu ildə təsis etdikləri "Tam Ortaqlı İnşaatçı” tikinti şirkətinin bazasında, 2011-ci ildə yaradılıb. Hazırda “DDLAR Group”a “İnşaatçı” şirkəti, “Mega Design” MMC, “Monolit Beton” MMC“Yeni İnşaat” MMC daxildir.“DDLAR Group” Bakıda “Premium”“De Luks” sinifli yaşayış kompleksləri ucaldıb (“Green Palace”, “Green Park”, ”Gülüstan”, “İzmir” “Mega City” və “Astoriya”). Həmçinin şirkət bir neçə olimpiya kompleksini tikib. Qrup Bakıda Su İdmanı Sarayı və Atıcılıq Mərkəzinin tikintisində də iştirak edib. Hazırda isə Bakıda müxtəlif ərazilərdə yaşayış binalarının tikintisini aparır.Yeri gəlmişkən, nazir oğlu Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış "Baku Grand Prix" şirkətinin də rəhbəridir. "Baku Grand Prix" şirkəti 2016-cı ildə Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - "Formula 1"in "Qran Pri" yarışının təşkilatçısıdır. Bu məsələdə də ona “etimad göstərilməsinin” səbəbi ilk növbədə atasının gənclər və idman naziri postunu tutmasıdır.

“DDLAR Group” şirkətinin bir sıra rayonlarda da tikinti işləri apardığı haqda məlumatlar var. Məsələn, Mingəçevirdə 2012-ci ildən sonra 3 məktəbin tikintisi və əsaslı təmiri ilə bağlı keçirilən tenderlərin hər birində “DDLAR Group” qalib gəlib. Daha doğrusu, Mingəçevir şəhər İcra Hakimiyyəti 1 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (ümumi məbləğ: 999899,19 manat), 7 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (ümumi məbləğ: 999639,92 manat) və 9 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (999869,56 manat) "Tam Ortaqlı İnşaatçı” şirkətinə həvalə edib."Tam Ortaqlı İnşaatçı” şirkəti Mingəçevirdə böyük məbləğlərlə müşaiyət olunan sifarişləri məhz Niyazi Müzəffər oğlu Bayramov 2012-ci ildə icra başçısı təyin edildikdən sonra almağa başlayıb. Bu isə heç də təsadüfi deyil. Çünki Niyazi Bayramovun Gənclər və İdman naziri Azad Rəhimovla quda olduğu haqda məlumatlar var. İddia olunur ki, bu baxımdanda Mingəçevir icra başçısının milyonluq layihələri məhz nazir oğlunun sahibi olduğu “DDLAR Group”a verir.

Bundan başqa, Bərdə, Şirvan, Xaçmaz, Daşkəsən, İmişli, Cəlilabad, Mingəçevir, Ağcabədi, Tovuz və Göygöl rayonlarındakı idman olimpiya kompleksləri (İOK) məhz "DDLAR GROUP" tərəfindən layihələndirilib və tikilərək istifadəyə verilib. Həm də hər bir kompleksin dəyərindən bir neçə dəfə artıq qiymətə başa gəldiyi iddia olunur. Məsələn, Qəbələ Olimpiya İdman Kompleksinin tikintisinə 11 mln xərcləndiyi halda, Şirvan Olimpiya Kompleksinə 6,8 mln, Xaçmaz İdman Kompleksinə isə 8 mln xərclənib.Bunlardan əlavə, “DDLAR Group” Rusiyanın Lipetskin şəhərində kommersiya daşınnmaz əmlakının tikintisinə vəsait yatırıb və öz sərmayəsi ilə Səudiyyə Ərəbistanında 2 və 3 mərtəbəli kotteclər inşa edib...

Əlbəttə, nəzər alsaq ki, “DDLAR Group”un arxasında nazir Azad Rəhimov durur, həmin şirkətin ölkədə milyonluq layihələr qazanması tamamilə anlaşılandır. Lakin bu şirkətin Səudiyyə Ərəbistanında belə, tikinti aparması bir çox suallar doğurur. Əslində, bu zaman ilk baxışdan diqqətlər yenə də Azad Rəhimova yönəlir. Yəni belə düşünməyə əsas yaranır ki, yəqin nazir hansısa dostları, tanışları vasitəsilə Səudiyyə Ərəbistanına da “qarmaq atıb”. Əslində isə, bu heç də düşündüyümüz kimi deyil...

Əldə etdiyimiz məlumata görə, “DDLAR Group”un Səudiyyə Ərəbistanı ilə əlaqələrinin qurulması şirkətin faktiki sahibi, Azərbaycan Prezidenti İlham Əliyevin “Əməkdar Mühəndis” fəxri adı ilə təltif etdiyi Siraclı Qeysin şəxsi kanalları hesabına mümkün olub. Bəs, sıradan bir iş adamını Səudiyyə Ərəbistanı ilə nə bağlaya bilər? “BakuNews” saytı bu sualın cavabına aydınlıq tapıb. Redaksiyamıza daxil olan bilgiyə görə, iş adamı Siraclı Qeys vəhhabilərin Azərbaycandakı ən böyük dəstəkçilərindən biridir. Mənbə iddia edir ki, “DDLAR Group”un vəhhabi təriqətinin maliyyə qaynağı hesab olunan Səudiyyə Ərəbistanında fəaliyyətinə şərait yaradılması da məhz Siraclı Qeysin Azərbaycandakı xidməti ilə bağlıdır. Yəni, dolayısı ilə Səudiyyə Ərəbistanında qazanılan pullar həm də ölkəmizdəki vəhhabilərin fəaliyyətinə dəstək olduğundan, bu ölkədə bəzi layihlərin tikintisini aparmaq “DDLAR Group” şirkətinə həvalə olunub.

“BakuNews”

Xəbərlər

Ceyhun Bayramov Xarici İşlər naziri təyin edildi

Ceyhun Bayramov Xari...

access_time2 həftə əvvəl
Prezident Elmar Məmmədyarovu işdən çıxardı

Prezident Elmar Məmm...

access_time2 həftə əvvəl
Ermənilər qorxu içində: Qubernator hamını gizlənməyə çağırdı

Ermənilər qorxu için...

access_time2 həftə əvvəl
zoom_in zoom_out