ARIQ UŞAQ "XƏSTƏ" , KÖK UŞAQ "SAĞLAM" uşaq deməkdirmi?

ARIQ UŞAQ

ARIQ UŞAQ "XƏSTƏ" , KÖK UŞAQ "SAĞLAM" uşaq deməkdirmi?

person access_time 1 il əvvəl
thumb_up 0 thumb_down 0 visibility1121

 

ARIQ UŞAQ "XƏSTƏ" , KÖK UŞAQ "SAĞLAM" uşaq deməkdirmi?

Hürriyət.az  bildirir ki,gözə toppuş və sevimli görünən,artıq kalori ilə yüklənərək,kökəldilən uşaqlar gələcəkdə çox ciddi xəstəliklər üçün risk qrupuna daxil edilmiş uşaqlardır.

Belə ki,"yaxşı baxaraq" yetişdirdiyiniz kök,"şirin" uşaqları:özləri kimi "Şəkər"li Diabet,Ateroskleroz,Ürək qan damar sistemi xəstəlikləri,Piylənmə xəstəliyi,Mədə bağırsaq sistemi xəstəlikləri və s kimi "sürprizlərə"hazırlamış olursunuz).Köklük boy inkişafını ləngidən əsas səbəblərdən biridir.Belə uşaqlar boy inkişafındanda geri qala bilər.Arıq uşaq deyib göz süzdürüb keçdiyiniz "cinbalalar"isə,daha sağlam,daha hərəkətli,normal,gələcəyi üçün heç bir qorxulu risklərə malik olmayan uşaqlardır).SEÇİM SİZİNDİR ƏZİZ ANALAR!)Bütün günü əlinizdə boşqab,uşağın ardıyla gəzib hər fürsətdə yedirməyə çalışıb,həm onun həm özünüzün psixolojisini pozaraq, "toppuş"uşaq böyütməklə siz əslində heçdə "Yaxşı uşaq baxan Ana" hesab edilmirsiz.Bu cahilcə düşüncədən azad olaraq,uşağı rejimlə,onun istəyinə,qida seçimlərinə hörmət edərək,məcbur etmədən,yediyi qidanın miqdarı ilə kifayətlənməklə onunla daha sağlam münasibət qura və daha sağlam böyüməsinə səbəb ola bilərsiniz.

 Pediart Günay Rəsulova

Xəbərlər

Siyavuş Novruzovdan Zahid Oruca sərt ifadələr-

...

access_time1 ay əvvəl
Millət vəkili Adil Əliyev vətəndaşların müdafiəsinə qalxdı

...

access_time1 ay əvvəl
Ticarət mərkəzində yanğın olub-3 nəfər ölü...

...

access_time1 ay əvvəl
zoom_in zoom_out