Lerik rayonunda icra nümayəndəsi və bələdiyyə sədri " AT " Oynadır

Lerik rayonunda icra nümayəndəsi və bələdiyyə sədri

Lerik rayonunda icra nümayəndəsi və bələdiyyə sədri " AT " Oynadır

person access_time 2 il əvvəl
thumb_up 0 thumb_down 0 visibility1535

Şikayətçi prezident İlham Əliyevə müraciət edir.

Vətəndaş Lerik rayonu Bürsülüm kənd icra numayəndəsi Bayramov Əflatun Mirələm oğlunun və Bələdiyyə sədri Qəribov Telman Mirzəsən oğlunun 8 kənddə "Bobla, Ancəqəv, Zeynəko, Bürsülüm, Ləkər, Vov, Vənədi, Nəsoədi" heç bir iş görmədiklərinə görə kənddə icra nümayəndə sədri Əflatun Bayramovun və Bələdiyə sədri Telman Qəribovun işlərinin araşdırılması üçün ölkə rəhbəri cənab prezident İlham Əliyevdən kəndə yoxlama komisiyası göndərilməsini xahiş edir. Lerik rayonu Nəsuədi kəndində yaşamış Lənkəran rayonu Bürcəli sakini Hacıyeva Həqiqət Yaqub qızı bildirir ki, üzləşdiyim məmur özbaşınalığı və qanunsuzluq barədə mətbuat vasitəsi ilə PREZİDENTƏ MURACİƏT ETMƏYİ QƏRARA ALIRAM.

Mən Hacıyeva Həqiqət Yaqub qızı öz ata baba yurdum olan Lerik rayonu Nəsuədi kəndində 20 sot torpaqım və yaşayış evimin qeyri qanuni olaraq satılmasını qanunsuzluq hesab edərək özbaşınalığa məruz qalmışam. Bütün bu hadisələri əməkdaşımız Araşdırmaçı Jurnalist Emin Ramazanov qeydə alıb. Emin Ramazanov bildirir ki, bir neçə gün bundan öncə şikayətçi Həqiqət Hacıyevanın bizim redaksiyaya unvanladığı şikayət məktubuna əsasən Lerik rayonu Nəsuədi kəndinə gedmiş və həmin kənddə 3 gün qalmış, həmin kəndin yerli icra numayəndə sədri Əflatun Bayramova zəng etmiş Nəsuədi kəndində olduğunu bildirmişdir. İcra numayəndəsi Əflatun Bayramov məzuniyyətdə olduğunu bildirmiş və üstəlik jurnalistə 3 gün yuxarı kəndlərdə qalıb istirahət etdiyini və yeyib içdiyini deməkdən çəkinməmişdir. Əməkdaşımız Jurnalist araşdırmaçı Emin Ramazanovun sözlərinə görə Əflatun Bayramov bildirmişdir ki, sən bu kənd ara yolları və şəhid Rakif Babayev adına olan məktəbi düzəltdirənsənmi? Əməkdaşımız bildirmişdir ki, mın öz jurnalist missiyamı yerinə yetirirəm. İstirahət deyil at belində kəndləri heç bir numayəndənin iştirakı olmadan belə, gəzirəm tək başına. İki gündür sizə və bələdiyə sədrinə zəng edirəm sizlərdən heçkim bu kəndə qalxmaq istəmir...

Niyə? Səbəb?

Bu zaman icra numayəndəsi bələdiyə sədri Qəribov Telman Mirzəsən oğlunu və səlahiyətli muavini olan Talıbi Fail Qabil oğlunu kəndə göndərəcəyini vurğuladı... Doğrudur bələdiyə sədri və icra numayəndəliyinin muavini gəldilər. Amma bələdiyə sədri mənə nə yazılı nə də şifahi musahibə vermədi. Musahibə verməkdən boyun qaçırtdı. Amma icra numayəndəsinin sədr muavini Talıbi Fail Qabil oğlu mənim sorğularıma yazılı olaraq cavab verdi. Ölkədə vətəndaşların konstitusiya ilə təmin olunmuş hüquq və azadlıqlarının qorunmasıən ümdə məsələdir. Amma bəzi hallarda muxtəlif dövlət idarə və orqanlarında vəzifəli şəxslər tərəfindən edilən özbaşınalığa, insan huquqlarını pozulması hallarına tez tez rast gəlinir.

Bu KRAL MEDİA GROUP -a daxil olan məktub və şikayətlərin əsas mahiyyətini təşkil edir.

Şikayətlərin və muraciətlərin əsasən işıq, su, qaz, yol, təhsil, səhiyyə, kanalizasiya və digər məişət problemləri ilə bağlıdır. Elə məsələlər var ki, bunu yerində həll etmək mümkündür, amma səhlənkarlıq, başdan sovduluq, məsuliyətsizlik ucbatından baxılmır və bu, nəticədə sakinlərdə müəyyən narazılıqlar yaradır. Həmin narazı sakinlərdən biri də yuxarıda adını qeyd etdiyim 20 sot torpaqı ilə yanaşı fərdi yaşayış evi Babayev Ağabala Şari oğlu tərəfindən sökülmüş Hacıyeva Həqiqət Yaqub qızıdır. Əməkdaşımız jurnalist araşdırmaçı Ramazanov Emin vurğulayır ki, şikayətçinin problemlərinin və şikayətinin həlli ilə bağlı olaraq şikayətçi ilə birgə Lerik rayonu Bürsülüm kənd ərazi üzrə icra numayəndəliyinə yola düşdük. Beləliklə bizi idarədə Bürsülüm ərazi üzrə icra numayandə sədri Əflatun Bayramov, icra numayəndəliyinin sədr muavini Fail Talıbi və idarənin muhasibi Muxtarov Cahil qarşıladılar. Jurnalist hımkarımızın bildirdiyinə görə idarəyə gedməmişdən öncə telefonla zəng edərək icra numayəndə sədrinə Bursulum kəndində yerləşən idarəyə gedəcəyini bildiribmiş. Bu zaman jurnalist araşdırmaçı Emin Ramazanov icra numayəndə sədri Əflatun Bayramovun mızuniyyətə çıxdığını deyil idarədə olduğunu görüb. Çünki icra numayəndı sədri Ə.Bayramov 42 günlük məzuniyyət götürdüyünü özü bildirmişdi. Burada belə bir sual yaranır; Axı bizi idarədə icra numayəndə sədrinin muavini qarşılamalı idi. Bıs necə olur ki məzuniyyət dövründə icra numayəndə idarədədir? Beləliklə idarəyə keçid aldıq ən xoşa gəlinməz bir görüntü ilə üzləşdim. Lerik rayonu Bürsülüm kəndində yerləşən həmin ərazi üzrə icra numayəndəliyinin idarəsi bərbad vəziyətdədir. Kənardan baxdıqda xarabalığı xatırladan bu idarənin qarşısında Azərbaycanın üç rəngli bayrağı belə yox idi. Bu da idarəyə girişdə utancverici bir mənzərə. Bu günlərdə ölkəmizin muxtəlif bölgələrindən milli atributlarımıza qarşı laqeyidlikş, məsuliyətsizlik və digər neqativ hallarla bağlı yazılar daxil olmaqdadır. Bir çox rayonlarda bayrağımıza, tarixi şəxslərimizin abidələrinə qarşı açıq-aşkar laqeyidlik hiss olunmaqdadır. İkinci mənzərə isə icra numayəndə sədrinin oturduğu otağında otağın divarında asılan Azərbaycanın üç rəngli bayrağının vəziyyəti biabırçı haldadır illərdir ki,

İdarədə otağda asılan bayraq cırılıb. Görünür ki, yararsız vəziyyətə düşsədə, bu hal idarə əməkdaşlarını narahat etmir. Digər tərəfdəndə bayraq hörümçək toru ilə əhatə olunmuş, tozlu və kirli idi. Hətda icra numayındə sədrinə bunu irad bildirdikdə bildirdi ki, tapşırmışıq yenisi ilə əvəz olunacaq. Nəzərə alarıq deyərək fikrini bildirdi. Bayrağln götürülərək bərpa etdirilməsi yenidən divardan asılması çətin texniki proses olmasada, görünür kimlərsə bu məsələdən xüsusi "ZÖVQ" alır. Bu idarənin səlahiyyətli numayəndələri bununla bağlı heç bir ciddi addım niyə atmırlar? Görəsən əyalət məmurları nə vaxt öz vəzifələrini KİV-də xəbər verilmədən və yuxarı instansiyalar xəbər tutmadan yerinə yetirəcəklər? Beləliklə Lerikdə 21-ci əsr qonaqlığının əsasını Bursulum ərazi üzrə icra numayəndə sədri olan Əflatun Bayramov qoyub. Jurnalistdən qonaqlıq istəmək və güclə inad edərək, jurnalistə bir öhdəlik kimi mənə nə vaxt yeyib içmək qonaqlıqı verərsən sualını vermək və avqust ayının 17-də səndən qonaqlıq istiyirəm demək nə dərəcədə doğrudur?!! Əflatun Bayramov icra numayəndə sədri vəzifəsinə təyin edilməzdən əvvəl müəyyən vəzifələrdə çalışıb. Necə deyərlər bəxti gətirərək şansı üzünə gülüb və o, Lerik rayon Bürsülüm kənd icra numayəndə sədri vəzifəsinə qədər yuksəlib. Adamda gərək ki, bəxt ola... camaat illərlə məktəbin yollarında ayaqqabıları gedib gəlməklə cırılsada ona nə vəzifə verən var, nə də düz əməlli maaş... Əks halda bunu necə anlamaq olar? Çünki idarəçilik təcrübəsinin olmaması Azərbaycanın üç rəngli bayrağının ətrafında hörümçək tor salmış və üç rəngli bayrağın cırılmasıda bunun subutudur. "Məlumat üçün qeyd edim ki, mən jurnalist olaraq bu cür hadisənin ölkəmizə və ölkə rəhbərliyinə qarşı təxribat olduğunuda zənn edirəm." Deməli Ə.Bayramov icra numayəndəliyində sədr kimi təyin edilməsi planlı şəkildə və məhz kiminsə dəstəyi ilə başa gəlir. Dəstəkdən söz düşmüşkən, qeyd edim ki, Lerik rayon sakini Hidayət adlı şəxs (Ə.Bayramovun kürəkəni) Ə.Bayramova lazım olan dəstəyi göstərir. Bir qaranlıq məqamda odur ki, Ə.Bayramov 65 yaşında təqaüddə olmalı idi amma, 1 ildir ki, muqavilə ilə işləyir. Muqavilə demişkən muhasib Cahil Muxtarovda həmçinin muqavilə ilə çalışır. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, Əflatun Bayramov Lerik rayonu Piran kənd sakinidir. Qeyd edim ki, Piran kəndi ilə Bürsülüm kəndi arasında təxminın 12-14 km məsafə var. Bu an belə bir sual da yarana bilir; Məyər Bürsülüm vı digər 7 kənd ərazisindən bir kənd sakini tapılmadı ki icra numayəndə sədri vəzifəsini və səlahiyyətlərini icra etsin? Əməkdaşımız jurnalist araşdırmaçı Emin Ramazanov bildirir ki, Lerik rayonu Piran kındində Ə.Bayramova mıxsus "YAŞIL BAĞ" adlanan istirahət obyektidə fəaliyyət göstərir. Bu adı çəkilən "YAŞIL BAĞ" kənd sakinlərinin narazılıqlarına səbəb olmuş və huquq muhafizə orqanları tərəfindən 2014-cü ildə əxlaqsızlıq yuvası kimi fealiyyəti aşkarlanmışdır. Bu istirahət müəssəsinin fəaliyyəti bu gündə davam etməkdədir. Aldığımız məlumata görə Ə.Bayramovun oğlu istirahət məkanını işlədir. Kənd numayındəliyinin iş fəaliyyəti haqda Əflatun Bayramov kənd sakinləri üçün əhəmiyyət kəsb edən problemlərin heç birini həll etməyib. Ancaq özü üçün çalışıb. Məsələn bu gün onun bir maşını, bir ət dükanı, bir istirahət məkanı, Bakı şəhərində evi və.s daha nələri olduqunu üzə çıxartmaq üçün yuxarı instansiyalar bu, məsələyə qarışsalar yaxşı olar. Yalnız icra numayəndə sədri Ə.Bayramovun anlayışı dövlət əmlakını mənimsəməkdir.

GÖRƏSƏN BÖYÜK 8 KƏNDDƏ İCRA NUMAYƏNDƏSİ SƏDRİ VƏZİFƏSİNİ DAŞIYAN ƏFLATUN BAYRAMOVUN YERLİ SAKİNLƏRƏ GÖSTƏRDİYİ XİDMƏT BUDURMU ?!!

Bu il yanvarın 27-də "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə Sosial İqtisadi İnkişafı Dövlət Proqramı"-nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev deyib: "Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur munasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə dənümünəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər. Onlar xalqın xidmətçiləridirlər. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm.

Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mınfi mənzərə ilə üzləşəndə ciddi tədbirdə görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonrada cəzalandırılacaqlar. Məmurlar xalqın xidmətçiləridir, onların oturduqları kabinetlərin qapıları xalqın üzünə açıq olmalıdır. Onlar xalq üçün çalışmalı, sıx ünsiyətdə olmalıdırlar. Ölkə rəhbəri prezident İlham Əliyev çıxışında vurğulayıb.

Mən bir jurnalist olaraq bildirirəm ki, çox yaxşı haldır ki, ölkə rəhbəri Azərbaycandakı faktiki vəziyyət barədə dəqiq məlumata malikdir və zənnimcə, ölkə rəhbəri prezident cənab İlham Əliyevin bu çıxışı bəzi məmurlar üçün son olacaq. Əməkdaşımız jurnalist araşdırmaçı Emin Ramazanov qeyd edir ki, Ə.Bayramovdan musahibə almaq istədikdə Əflatun Bayramov bildirib ki, mın heç vaxt heç bir jurnalistı musahibə vermək fikrində deyiləm. Siz məni məcburmu edərsiniz? Jurnalist bildirib ki, jurnalistin musahibə almaq huququ var və jurnalilstin huquq və vəzifə borclarında da qeyd olunub. Ə.Bayramov belə bir qanununun olduğuna şübhə ilə yanaşması və belə bir qanunun olmadığını da israrla qeyd etdi. Burdan səslənmək istəyirəm ki, Əflatun Bayramova jurnalistin huquq və vəzifə borcları var. Jurnalistlərin toxunulmazlıq huquda var. Hətda ölkə rəhbəri cənab prezident İlham Əliyev çıxışında bildirdi ki, jurnalistin sorğularına cavab verməkdən boyun qaçıran məmur 500 manata dək cərimə olunacaq.

Ə.Bayramovun sədrlik etdiyi kəndlərdə xarakterik problemlərdən biri yol problemləridir. Kəndlərdə yollar bərbad vəziyyətdədir. Hətda kəndlər arasında əlaqə belə pis vəziyyətdədir. Payız, qış aylarında bu yollardan gediş-gəliş etmək daha da çətinləşir. Əgər kimsə xəstələnirsə, təcili tibbi yardım çağırmaq olmur. Sanki icra qurumları bu yolları dövlət proqramına salmırlar. Nə edilirsə sakinlərin öz vəsaiti hesabına edilir. 2010-cu ildə İqbal Məmmədov Deputat seçiləndə hər bir sakin sevinib. Ziyalıdır kömək göstərəcək deyiblər. Ancaq bütün problemlər olduqu kimi də qalmaqdadır. Bir sıra rayonlarda olduqu kimi burada da işsizlik baş alıb gedir. Hətda araşdırmaçı jurnalist Emin Ramazanov Lerik rayonunda olarkın kəndləri maşınla deyil at belində gəzmiş və orada yaşanan problemlərin şahidi olmuşdur. Yollar o qədər bərbad olduğundan maşın belə ucqar kəndlərə qalxmır. Yox əgər qalxırsada sürücü sakindən 50-100 manat dəyərində məvacib istəyir.

Qeyd etmək istəyirəm ki, Azərbaycandakı vəziyyəti bilirlər və vəzifəyə təyin edildikdə ən azı 5-6 il işləyəcəklərinə əmindirlər. Ona görə də, vəzifədən sui-istifadə edib talançılıqla məşğul olurlar. Azərbaycan kiçik ölkədir. Bunu subut etmək elə də çətin deyil. Məsələn, hər hansı nazirin, icra hakimiyyəti başçısının sürdüyü həyat tərzi ilə bunu müəyyən etmək olar. Əksər məmurlar üçün fərqi yoxdur, hansısa kənddə insanların qaz, su, işıq, yol, yanacaq problemi var. Bu da onlar üçün əhəmiyyət kəsb etmir. Əslində Azərbaycanda "VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİNƏ BAXILMASI QAYDASI HAQQINDA"10 iyun 1997-ci il tarixli qanun var. Sosial şəbəkələrdə də əksəriyyət ölkədəki məmur özbaşınalığının Azərbaycanın böyük problemlərindən biri olduğunu yazırlar: "Dəfələrlə bunun şahidi olmuşuq ki, məmurlar vətəndaşların problemlərinə laqeyd yanaşırlar.

Prezident İlham Əliyev düzgün vurğulayır ki, təkəbbürlü, harınlanmış məmurların özbaşınalıqları əhalidə haqlı narazılıq yaradır. Bunu dəyişmək üçündə çoxlu işlər görməliyik."

ARAŞDIRMAMIZ DAVAM EDİR...

MÖVZÜNU DİQQƏTDƏ SAXLAYACAĞIQ

XƏBƏRİ HAZIRLADI JURNALİST ARAŞDIRMAÇI EMİN RAMAZANOV.

 

Müəllif : Araşdırmaçı Jurnalist Fərid Əzizov

13695204_257444947959297_857603416_n13672201_257444954625963_227868219_n 13672331_257444981292627_928745777_n13706115_257444977959294_254229313_n 13706222_257445017959290_1872150972_n 13706232_257444991292626_374437626_n 13713466_257445967959195_775119421_n 13714355_257445004625958_845612850_n

Xəbərlər

Azərbaycan vətəndaşı Ukraynada yol qəzasında öldü

Azərbaycan vətəndaşı...

access_time1 gün əvvəl
Azərbaycan bu şəhərlərdə ticarət evi açırv

Azərbaycan bu şəhərl...

access_time1 gün əvvəl
Bu gün dəyişkən buludlu hava şəraiti gözlənilir

Bu gün dəyişkən bulu...

access_time1 gün əvvəl
zoom_in zoom_out