Lerik rayonunun problemləri tükənmək bilmir.

Lerik rayonunun problemləri tükənmək bilmir.

Lerik rayonunun problemləri tükənmək bilmir.

person access_time 2 il əvvəl
thumb_up 0 thumb_down 0 visibility1132

Dövlətin əmlakını mənimsəməklə, külli miqdarda var-dövlətə malik olan Əflatun Bayramova, görəsən rəhbərlik nə vaxt "DUR" deyəcək. Lerik rayonunun problemlərindən zaman-zaman bəhs etmişik. Yazıb bildirmişik ki, ölkəmizin cənub zonasında yerləşən bu rayonun özünəməxsus probləmləri, bir qədər də "yumşaq" desək sağalmaz dərdləri var. Amma redaksiyamıza Lənkəran rayonun Burcəli kənd sakininin unvanladıqı şikayyət ərizəsini oxuduqca, o halda bilib başa düşdük ki, Lerik rayonunun Nəsuədi kəndin dərdi tamam uzun, problemləri isə həddən-ziyadə çoxdur. Mətləbə keçməklə onu vurğulamaq istəyirəm ki, Nəsuədi kəndinin çoxsaylı sakinləri kənd icra numayəndəsi vəzifəsini daşıyan Əflatun Bayramovun əməllərindən şikayətçidirlər. Məsələn, ötən gün redaksiyamıza unvanlanmış şikayət Lənkəran rayonu Bürcəli kənd sakini Hacıyeva Həqiqət Yaqub qızı bildirmişdi ki, bizə məxsus Lerik rayonu Nəsuədi kənd ərazisində 20 sot torpaq sahəsi və fərdi yaşayış evinin Lerik rayonu Nəsuədi kənd sakini Babayev Ağabala Şari oğlu tərəfindən qanunsuz olaraq mənə və ailəmizə məxsus həyətə girmiş həyətimdə olan əkililəri, üç iri gövdəli qoz ağaclarını kəsmiş və sonradan onları satmışdır. Hələ bu azmış kimi özbaşınalıq edərək ağacdan tikilmiş mənə və ailəmizə məxsus evi sökmuşdur... Bu şikayət məktubuna əsasən redaksiya heyyətimizin əməkdaşı Fərid Əzizov Lerik rayonuna gedmiş və işlə yaxından tanış olmaq üçün Lerik rayonu Nəsuədi kəndinin Bürsülüm kənd İcra Numayəndəliyinin Sədri Əflatun Bayramovla telefon əlaqəsi saxlamışdır və icra numayəndəsinin özü şəxsən 42 günlük məzuniyyət götürdüyünü və məzuniyyətdə olduğunu bildirib. Buna baxmayaraq bütün səlahiyyətlərin icra olunmasını Bürsülüm kənd üzrə icra numayəndəsi Bayramov Əflatun öz muavini Talıbi Fail Qabil oğluna həvalə etmiş və bütün huquqların icra edilməsini müvəqqəti olaraq ona vermişdir. Əməkdaşımız bildirir ki, icra numayəndəsi Bayramov Əflatun Mirələm oğlu məzuniyyətə olduğundan icra numayəndəsinin səlahiyətlərini icra edən icra numayəndəsinin muavini Talıbi Fail Qabil oğluna zəng etmiş və Talıbi Fail Qabil oğlundan vətəndaşa arayış verilməsini istəmişdir. Buna baxmayaraq Talıbi Fail Qabil oğlu bildirmişdir ki, hal hazırda icra numayəndəliyinə məxsus dövlət peçatı idarədə deyil. Peçat idarədə olmadığından mən peçat vura bilmirəm deyə bildirib. Əməkdaşımız bildirib ki, bəs peçat kimdədir?!! Axı peçat idarədə olmalıdır... bəs vətəndaşlardan sakinlərdən kiməsə vacib arayış lazım olduqda necə edirsiz?!! Səlahiyyətləri icra edən muavin Talıbi Fail Qabil oğlu bildirir ki, arayışı mən yazıram peçat lazım gələrsə icra numayəndəsinə zəng edirəm onun harda olmaqından asılı olmayaraq aparıb peçat vurdururam. Peçatı məzuniyətdə olan Bayramov Əflatun muəllim özü ilə aparıb. Peçat həmişə onun özündə olur. Əməkdaşımız Jurnalist Araşdırmaçı Emin Ramazanov bir neçə dəfə təhkid etsədə ki bəs mən gəlim sizin idarəyə o arayışı yazıb verin vətəndaşa təcili lazımdır desədə məzuniyyətdə olan Bayramov Əflatun Mirələm oğlunun bütün səlahiyətlərini muvəqqəti icra edən icra numayəndəsinin muavini Talıbi Fail Qabil oğlu həmişə eyni sözü vurğulayır ki "AXI PEÇAT MƏNDƏ YOXDUR...SİZ O QƏDƏR YOLU ƏZİYYƏT ÇƏKİB BİRDƏ NİYƏ GƏLİRSİNİZ, İDARƏYƏ". Beləliklə uzun telefon danışıqlarından sonra əməkdaşımız Jurnalist Araşdırmaçı Fərid icra numayəndəliyinin sədri Bayramov Əflatun Mirələm oğlu ilə telefon bağlantısı yaradır. Əməkdaşımız icra numayəndəsinə bildirir ki, vətəndaşa arayış lazımdır. Onun üçündə sizin səlahiyətləri icra edən muavinə bildirdim ki arayış yazıb versin. Peçatın onda və idarədə olnadığını və sizdə olduğunu məzuniyət dövründə özünüzlə apardığını vurğulayıb. Siz bu baş verənlərə necə fikir bildire bilersiniz?!! Jurnalist həmkarımız araşdırmaçı Fərid Əzizovovun Əflatun Bayramov yoldaşa unvanladığı suala cavab olaraq məzuniyətdə olan icra numayəndəsi Əflatun Bayramov bildirib ki, mən peçatıda öz muavinimə vermişəm səlahiyətlərin icra olunmasınıda. "BELƏDƏKİ , MƏN HEÇKİMDƏN QORXMURAM" məzuniyətdə olan Lerik rayonu Bursulum kənd icra numayəndəliyinin sədri Bayramov Əflatun Mirələm oğlu bildirib. Qeyd edib ki "SİZ KİMSİNİZ"-"MƏNİ SORĞU SUAL EDİRSİNİZ"?!! Əgər istəyirsinizsə vətəndaşa xəbər edin ki, səhər gəlsin idarəyə məndə idarəyə gedərəm. Nə arayış lazımdırsa yazıb peçat vurub verə bilərəm. Araşdırmaçı Jurnalist Fərid Əzizov qeyd edir ki, icra numayəndəliyinin tabeçiliyində olan kəndlərin sosial problemləri isə, gündəlik aşıb daşır. Bundan əlavə, kənd məktəblərinin birində də olub. Həmin məktəb şəhid Rakif Babayevin adınadır. O məktəbdə nə şəhidin xatirəsinə qoyulmuş barelyefi var, nə şəhid haqqında məlumat var, nə şəhidin həyat yollarından şəkli nədəki Azərbaycanın üç rəngli bayrağı. Bunların heç biri yoxdur. Hətda məktəbdə şəhidin adı belə adicə bir plamasderlə yazılıb. Buda onu göstərir ki, butun bu kimi problemlərin həllinə dövlətdən ayrılan vəsaitləridə mənimsəyirlər. Əməkdaşımız qeyd edir ki, İcra Numayəndəsi Əflatun Bayramov və Bələdiyyə Sədri Telman Qəribov.

Kənd sakinləri üçün əhəmiyyət kəsb edən problemlərin heç birini həll etməyib. Əksinə, problemlərin üstünə yeni problemlər gətirib və özləri üçün var-dövlət toplayıblar. Təəccüb doğuran hal odur ki, ölkə rəhbəri keçirdiyi məlum müşavirələrdə həmişə tapşırır ki, hər bir vəzifəli şəxs xalqa xidmət etməli, onun xidmətçisi olmalıdır. Bəs görəsən böyük, bir neçə kənddə icra nümayəndəsi vəzifəsini daşıyan Əflatun Bayramovun və bələdiyyə sədri Telman Qəribovun yerli sakinlərə göstərdiyi xidmətlər budurmu? Əgər yerli sakinlər onlarin əməllərindən zinhara gəliblərsə, kəndlərin sosial problemləri aşıb - daşırsa, o halda Lerik rayon icra başçısı Rövşən Bağırovu vadar edən səbəb nədir ki, belə bir vəzifə sahiblərini vəzifə başında saxlayir? Yəqin ki, belə bir sualın cavabını icra hakimiyyəti səlahiyyətləri dolğun şəkildə cavablandıra bilərlər. Problemin varlığını və eləcədə butunluklə bu məsələləri diqqətimizdə saxlayacağıq.

MÖVZUNUN ARDI VAR !!!

ARAŞDIRMALARIMIZ DAVAM EDİR...

Müəllif : Araşdırmaçı Jurnalist Fərid Əzizov

Xəbərlər

Taksidə siqaret çəkməyin cəriməsi -

Taksidə siqaret çəkm...

access_time55 dəqiqə əvvəl
Sabah Bakıda bu yollar bağlı olacaq

Sabah Bakıda bu yoll...

access_time57 dəqiqə əvvəl
Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktoru hansı məşhurun qohumudur?

Arvadını 5-ci mərtəb...

access_time1 saat əvvəl
zoom_in zoom_out