Lerikdə qalmaqallı məhkəmə təxirə salındı.Ölkə başçısına Video Müraciət.

Lerikdə qalmaqallı məhkəmə təxirə salındı.Ölkə başçısına Video Müraciət.

Lerikdə qalmaqallı məhkəmə təxirə salındı.Ölkə başçısına Video Müraciət.

person access_time 2 il əvvəl
thumb_up 0 thumb_down 0 visibility763

Bir müddət əvvəl  Lerik rayonunda redaksiyamıza daxil olan şikayət məktubunu dərc etmişdik. Rayon sakini Əliyeva Kəbirə Murtuz qızının şikayət məktubunda millət vəkili İqbal Məmmədov və ailə üzvləri ilə bağlı ilginc faktlar yer almışdı.Həmin məktubda bildirilirdi ki, Lerikin Piran kəndində fəaliyyət göstərən və İqbal Məmmədova məxsus olan “Lerik Broyler” MMC (“Lebro”) ətraf mühiti çirkləndirmək, ekologiyaya ziyan vurmaq, xəstəlik yaymaqla məşğuldur.

İddiyalara görə millət vəkili İqbal Məmmədov rayon sakini Əliyeva Kəbirə Murtuz qızının məhkəməyə verib və ondan 30 min manat pul təzminatı istəyib.

Bizdə öz növbəmizdə məsələ ilə bağlı araşdırmaya başladıq Lerikin Piran kəndində fəaliyyət göstərən “Lerik Broyler” MMC (“Lebro”) də müşahidələr apardıq gördüyümüz mənzərə dəhşətli idi.

Məsələnin digər bir tərəfi bundan ibarətdir ki kasıb bir vətəndaşı məhkəməyə verən cənab millət vəkili bir ilə yaxındır ki sadə vətəndaşı məhkəmə qapılarında get-gələ salıb. İyun ayının 9 da keçriləcək olan məhkəməyə İqbal Məmmədov gəlməli olduğu təqdirdə məhkəmə zalına “Lerik Broyler” MMC-ində Broylerin İstehsalat müdiri işləyən Mazanov Fəzail Balabəy oğlu gəldi.Ən qəribə hal bundan ibarətdir ki məhkəmə zalına gələn Fəzail  Mazanov İqbal Məmmədovun vəsadətçisi kimi gəldiyi halda məhkəməyə heç bir sənəd təqdim etmədi.Sadəcə məhkəmə zalında sənədin gələcəyi fikrini səsləndirdi.

Tük-ürpədici digər bir halda məhkəmənin bir ilə yaxın müddətdə getdiyi halda məhkəmə zalına gələsi və məhkəmə iclasını aparmalı olan hakim gəlib çıxmadı lakin onun katibi Dadıyev Fəraim gələrək bildirdi ki,bu hələ tanışlıqdır məhkəmə İyun ayının 28 nə qaldı.

Marağlı olan burasıdır ki sadə bir kasıb kəndlini məhkəməyə verən Azərbaycan Respublikasının millət vəkili cənab İqbal Məmmədov məhkəmə zalına niyə gəlmədi ?

Məhkəmə zalına vəsadətçisini göndərən millət vəkili niyə vəsadət ərizəsini məhkəməyə təqdim etmədi ?

Məhkəmə iclasını hakim aparmalı olduğu halda niyə hakim köməkçisi bu bir baxış və tanışlıq iclasıdır dedi və iyirmi gün məhkəmə iclasını uzatdı,məgər bir il ərzində şikayət ərizəsi ilə tanış olmağa vaxt çatmayıb iyirmi gün ərzinə ərizə ilə tanış olub məsələ ilə marağlanacaqlar ?

Bircə aydın olan bir məsələ var ki Lerik məhkəməsi 28 iyun tarixinə qədər təxirə salınıb.

Məsələni diqqətdə saxlayırıq.

Qarşı tərəflərində fikrini öyrənməyə hazırıq.

Sizə bu məhkəmə prosesinə gəlmiş Lerik rayonunun sakinlərinin Cənab Prezident İLHAM ƏLİYEVƏ ünvanladıqları Video Müraciəti təqdim edirik :

Müəllif : Araşdırmaçı Jurnalist Fərid Əzizov

[embed]https://www.youtube.com/watch?v=hHF3ed3XZRs&feature=youtu.be[/embed]

Xəbərlər

Bu həkimləri 7 ilə yaxın HƏBS GÖZLƏYİR -

Bu həkimləri 7 ilə y...

access_time1 gün əvvəl
Nazir: Qadın işçilərini stimullaşdıran şirkətlərə

Nazir: Qadın işçilər...

access_time1 gün əvvəl
Hökumət yaşayış minimumunun məbləğini

Hökumət yaşayış mini...

access_time1 gün əvvəl
zoom_in zoom_out