2 qat Dünya çempionu İbad Rzazadə ilə müsahibə.

2 qat  Dünya  çempionu İbad Rzazadə ilə müsahibə.

2 qat Dünya çempionu İbad Rzazadə ilə müsahibə.

person access_time 2 il əvvəl
thumb_up 0 thumb_down 0 visibility734

Bu dəfəki müsahibimiz Karate üzrə 2 qat dünya çempionu , 2 qat Avropa çempionu,Respublika çempionatının qalibi İbad Rzazadədir.

-Bizə bir az İbaddan danışın .

İbad səmimi,hər şeye tez inanan tez esebleşib tez sakitləşən. İbad-ın səmimiyyətin dən istifadə edənləri bağışlamayan,dostluğa böyük önəm verən və onun uğrunda hər şeydən keçən biri.

Allahı sevən və ömrünü iman ,təqva ile yaşamaq istəyən biri Allah hər bir kəsə nəsib etsin. İnşəAllah

- İbada  şanslı idmançı deməliyik yoxsa güclü?

Mənim zənnimcə idmanda həm şans olmalıdır həmdə güc. Bunlardan iksindən biri olmasa olmaz. Mən şükürlər olsun həm şanslıyam həmdə güclü.

- Karate İbad üçün çörək ağacıdır, yoxsa məşğul olduğu idman növü?

Karate mənim üçün çörək ağacı deyil.Mənim üçün karete bir məktəb və bir elm sahəsidir. Düzdü bir çox insan bunu dərk etməz ama insanın düzgün müəllimi və Ustadı olsa ,o insan karate idman növünün Elm və bir Məktəb olduğunu dərk edər. Məndə əvvəllər bele düşünməzdim, lakin müellimim Vidadi Xəlilovla,Ustadım Tarverdi Allahverdiyev sayəsində bu idmanın dərinliyinə getməyi öyrəndim. Bunun üçün çox xoşbəxtəm.

-İndiyədək neçə yarışda iştirak eləmisən? Narazı qaldığın yarış da olub yəqin ki?

İndiyə qədər bir çox Azərbaycan, beynəlxalq və dünya çempionatlarında iştirak etmişəm 4 qat Azərbaycan 1 beynəlxalq çempionat 2 qat Dünya çempionu oldum. Şübhəsiz ki hər bir yarışımda narazıçılığım olur , çünki yeni texnikalar görür insan və sanki o arenalarda döyüşərkən bütün texnikalar yaddan çıxır və reqibin zəif anlarını yaxalamaqa çalışırsan ki buda çox çətin olur.

Ama hər yarışdan sonra məşqlərim daha çox ederek bir çox texnikalar öyrənməyə çalışıram əlbətdəki ustadımızın sayəsində.

- Bu yaxınlardada ikinci dəfə dünya çempionu olmusuz bu barədə nə deyə bilərsiniz ?

Bəli İkinci dəfə Dünya çempionu olmaq çox qürur verici bir hissdir. Hələ bu yarışda tələbəm Əkbərli Rəvanın 3 yer tutması mənim üçün daha xoş oldu. Mənim bu yarışda da Çempion olmağımı ustadım Tarverdi Allahverdiyev-ə borcluyam. Onun öyrətdikləri texnikalar sayəsində mən dünya arenalarında bir çox güclü idmançıları məğlub bilirem. Arzum 10 qat dünya çempionu olmaqdır. Mən inanıram ki, məşqlərimiz və öyrəndiklerimiz texnikalar sayəsində buna nail olacam.

- Bildiyimiz kimi İbad Rzazadə məhşur idman ustası Tarverdi Allahverdiyevin tələbəsidir.Tələbə olmaq, yoxsa müəllimlik etmək yaxşıdı?

Bəli qürur hissi ilə deyə bilərəm ki mən həqiqətən bir ustaddan dərs alıram. Bu hər kəsə idmançıya nəsib qismət  olmur. Bilirsiniz ki mən Tarverdi müəllimin tələbəsi olmaqla yanaşı həmdə federasiyasının Qobustan Şəhəri üzrə Baş təlimatçısıyam. Deyə bilərəm ki bu federasiyada her şey asan və yaxşıdır .Əsas odur ki başda Tarverdi ustadımız olmaqla bütün federasiya üzvləri Allahı sevərək onun yolunda olan və Dövlətimizi sidq ürəkdən sevərək hər bir tələbəyə vətənpərvərlik ruhunda olmağı aşılayan müəllimlərdi. Belə bir cəmiyyət həm yaxşıdır həmdə xoşbextlik. Ustadımızın qarşısında durmaq onun elmini almaq daha yaxşıdır mənim üçün. Çünki burada mən öyrənirəm. Biz bir çox beynəlxalq seminarlarda iştirak etdiyimiz zaman, ( Şübhəsiz ki Seminar Ustadımız tərəfdən keçirilir və öz elmini seminar iştiraklarına aşılıyır ) orada ustadımıza elə diqqət göstərirlər ki ,dəhşətə gəlirəm.Onlar bizə həsəd apararaq bizim yerimizdə olmağı arzulayırlar.Kaşki Tarverdi ustadın dərslərini almağı arzu edirler. Bu zaman bizim keçirdiyimiz hissi mən ifad edə bilməyəcəm. Tam başqa bir hissdir bu.

- Necə müəllimsən? Bildiyini öyrətməyən, yoxsa bildiyinin 1 faizini öyrədən?

Mən də çalışıram tələbələrimə bacardığım və öyrendiklərimin hətta 99 faizini öyredim

Bilirsiniz mən istəyirəmki nece mənim üçün müəllimim və ustadım əzizdir,elədə mən tələbələrim üçün elə əziz olum.Bunlara əziyyətsiz sahib olmaq olmur

- Qarşıda gələn planlarınızdan danışa bilərsiz

Gələcək planlar haqqda onu deyə bilərəm ki, qarşıda bizləri beynəlxalq və dünya çempionatları gözləyir.Məndə öz növbəmdə tələbələrimi yüksək dərəcədə bu yarışlara hazırlayaraq üstün nəaliyyətlər əldə etmeyi düşünürem. Allah gələcək işlərimizdə bizə yardımçı olsun İnşəAllah.

Sizə də öz dərin təşəkkürümü bildirirəm ki ,bu əziz günümdə məni yad edərək müsahibəmi aldınız. Allah Sizədə öz işlərinizdə yar və yardımçı olsun . Çox sağolun

Müəllif: Fərid Əzizov

_DSC0018 _DSC0084 _DSC0099 _DSC0102 _DSC0082-2 _DSC0660 _DSC0166 _DSC0175-2 _DSC0178 _DSC0180-2 _DSC0190

 

Xəbərlər

Diqqətlər Nyona:

Diqqətlər Nyona:...

access_time1 saat əvvəl

"Messi üçün darıxıra...

access_time15 saat əvvəl
Rəqibini 4 saniyəyə nokauta göndərdi

Rəqibini 4 saniyəyə ...

access_time16 saat əvvəl
zoom_in zoom_out