Eşşək Həsən

Eşşək Həsən

Eşşək Həsən

person access_time 3 il əvvəl
thumb_up 0 thumb_down 0 visibility701

RZA-RZA_12112011Söyləmişdim, biz tərəflərdə demək olar ki, hər kəsin ayaması var. Hər kəs ayamasını həyat tərzinə və xarakterinə uyğun qazanır.Rayonumuzda Əli adında adam çox olduğundan Əlilər də ayaması ilə tanınardı, onları ayaması ilə çağırardılar və heç biri də ayamasından narazı deyildi.Yadımda qalan Əlilər bunlardır - Yeqor Əli, Şofer Əli, Salam verməz Əli, Bandit Əli, Alçaq Əli və Nemes Əli.Nemes Əli müharibədə olmuşdu, almanlara əsir düşmüşdü, sonra sürgün olunmuş, sürgündən sağ-salamat qayıtmışdı. Haqqında əfsanələr gəzirdi. Amma indi bu əfsanələr haqqında danışmaq fikrim yoxdu, deyəcəyim və haqqında yazacağım kəs başqasıdı.Rayonumuzda Həsənlərdə çox idi, məlumdu ki, hərəsinin də ayaması var idi, amma bu Həsənlərdən biri rayonumuza gəlmə idi və ayamasıda Eşşək.Kəndimizdə çox az adamın eşşəyi var idi, olanlarında bir eşşəyi olardı, amma Eşşək Həsənin həm eşşəkləri çox idi, həm də qoduqları.Eşşək Həsənin eşşəklərə olan sevgisi ayamasına bağlı idi, ya yox, bilmirəm. Amma eşşəklərindən fərqlənməyən Eşşək Həsən çox vaxtı eşşəkləri kimi səsini atardı başına, qoduqlarıda qoşulardı onlara. Eşşək Həsənlə eşşəkləri səslərini başlarına atanda kənddə ağız deyəni qulaq eşitmirdi.Eşşək Həsən kənddə heç kimin xeyrinə-şərinə yaramazdı. Yol gedəndə də başını aşağı dikərdi, heç kimə salam verməz, heç kimin də salamın almazdı, qulaqları da uzun idi, haqqinda deyilənlərin hamısını qulaq ardına vurardı.Eşşək Həsən eşşəklərinə və qoduqlarına görə kənddə çox adamla düşmən olmuşdu. Nə qədər deyilsədə ki, eşşəklərinin və qoduqlarının əl-ayağın yığışdır! Eşşək Həsən deyilənlərə məhəl qoymamışdı.Eşşək Həsənin eşşək və qoduqları kənddəki eşşəklərdən və Eşşək Həsənin özündən fərqlənirdilər, yəni qohum-qonşuya gedərdilər. Bütün günü onun-bunun dirliyində otlayardılar, eşələnərdilər, camaatın həyət- bacasına ziyan vurardılar.Bir gün Eşşək Həsənin qoduğu girir Nemes Əlinin dirliyinə, Nemes Əli də tənbəllik etmir, qoduğu vurub bellə öldürür. Eşşək Həsənə çatdırırlar ki, bəs Nemes Əli qoduğunu vurub öldürüb. Eşşək Həsən özünü hövlnak halda çatdırır Nemes Əligilin qapısına, başlayır anqırmağa:- Ay, Nemes Əli, Ay Nemes Əli.Nemes Əli çıxır qapıya:- Yenə nə olub ə, Eşşək Həsən?- Canına azzar olub. Ə, bə o qoduq sənin tayındı, vurub öldürmüsən?Qonşular Eşşək Həsəni Nemes Əlinin əlindən zorla alırlar, yoxsa Nemes Əli Eşşək Həsəni göndərəcəkdi qoduğunun dalınca.Keçək əsas məsələyə, indi qoduqlar o qədər çoxalıb ki, adam bilmir nə edə, adam qısılır abırına, bilmirsən bu qoduqlara nə cavab verəsən, ya da vurub öldürəcəksən, Eşşək Həsənlər də gəlib bağıracaqlar:- Ə, bə bu qoduq sənin tayındı, vurub öldürmüsən?Vallah, bir gün eşşəklərdən və qoduqlardan birini vursam ölsə, mənə töhmət etməyin.Adamın canını nə qədər boğazına yığarlar? Adam səbr etdikcə, yola verdikcə, dözümlü olduqca, özü eşşəyə dönür. Bir də baxırsan ki, ta heç nə sənə təsir etmir, ta heç nəyi vecinə almırsan, gönün qalınlaşıb.Ən uca tribunadan, ən uca səslə söyləndi, əgər kiminsə qoduğu yenə qoduqluq etsə, basılacaq qoduqluğa. Amma bunu bilin, yenə Eşşək Həsənlər deyilənləri qulaq ardına vursa, hamı bir gün bu məmləkətdə səsini atacaq başına və bu məmləkətdə ağız deyəni qulaq eşitməyəcək! Bizdən demək...İki il bundan öncə bir məqaləmdə yazmışdım - Məmur-vətəndaş münasibətləri dəyişməlidir. Məmur vətəndaşa üstdən aşağı yox, altdan yuxarı baxmalıdır. Məmur anlamalıdır ki, onun hər bir addımı, münasibəti dövlətin vətəndaşa olan münasibəti kimi başa düşülür və bəzi məmurların qulağın çəkmək yox, kəsmək lazımdır. Çoxları mənə töhmət etdi, bəzisi mənə töhmət verdi, açın qulağınızı - eşidin, barmaqlarınızla qulaqlarınızı tıxamaqla, əllərinizi qulaqlarınızın üstünə qoymaqla, qulaqlarınızı qoruya bilməyəcəksiniz. Artıq qulaq kəsimi başlayıb............

P.S Bilmirəm nədəndir, amma nəsə yazmaq istəyəndə bir neçə mövzu başımda fırlanır, başım dönür, gözüm qaralır, hər mövzu məni özünə tərəf dartır, qalıram ortada, hərəsindən bir az yazıram. Son zamanlar 3 məqalə yazırdım, əvvəl başladığım məqalələr yarımçıq qaldı, son yazımın adı "Eşşək Həsən" idi və bu yazını bitirdim. Bilmirəm nə məsələ idi, bu məqalə niyə qabağa düşdü, amma öz-özümə düşündüm, ey həyat- onsuzda Eşşək Həsənlər həmişə qabağa düşürlər,gərək məqalədə də qabağa düşərdilər!

Xəbərlər

Ərdoğan yeddinci dəfə baba oldu

Ərdoğan yeddinci dəf...

access_time1 gün əvvəl
Məşhəddə 6 nəfər edam olundu

Məşhəddə 6 nəfər eda...

access_time1 gün əvvəl
Maliyyə Nazirliyi yeni elektron xidmətlər göstərəcək

Maliyyə Nazirliyi ye...

access_time1 gün əvvəl
zoom_in zoom_out