Terror taktikası: 150 dən çox yanmağa hazır binalar!

Terror taktikası: 150 dən çox yanmağa hazır binalar!

Terror taktikası: 150 dən çox yanmağa hazır binalar!

person access_time 3 il əvvəl
thumb_up 1 thumb_down 0 visibility981

11289738_931433586891176_519206159_n Azərbaycanda keçiriləcək 1- ci Avropa oyunları əslində ölkəmizə qarşı bir oyun idi. Sabitliyin pozulması və ölkə nüfuzuna zərərlər gəlməsini istəyən qüvvələr pərdə arxasında duraraq idarəetməni əvvəlcədən düşünülmüş qaydada həyata keçirirlər. Beləki qeyd etmək istəyirəm ki, ilk olaraq Ölkəmizdə Olimpia oyunlarının keçirilməsinə icazə verəcəyini vəd edən Beynəlxalq Olimpia Mərkəzi sona yaxınlaşmanın və qısa bir müddətdə Azərbaycanın gücünü isbat etmək istədiyini görərək,Azərbaycan Respublikasının buna nail olacağını bildikləri ərəfədə verdiyi vədi pozdu. Daha sonra Avropa Azərbaycana 1-ci Avropa oyunlarının keçirilməsi lisenziyasını verəcəyinə vəd verdi və Azərbaycan bu Oyunun keçirilməsini təmin etmək məqsədi ilə yüksək hazırlıq etdiyini gördükdə Avropa təşvişə düşərək verdiyi sözü geri çəkmək istəyini bildirdi.

Bu Aysberqin görünən tərəfidir, bəs Aysberqin görünməyən tərəfi nədir? Bəli, Aysberq dedikdə yadıma Piramida üçbucağı düşür. Bəlkə bu piramidanın qüvvələridi ki, müdaxilələri yaradırlar? " İlluminati təşkilatı” (Masonlar) bəli bugün dünyanı idarə edən sirli qüvvələr artıq açıq şəkildə oyunlara keçib ve istənilən ölkəni qaldırmağa və batırmağa qadir güclərdir. Amerika kimi hegemon ölkənin valyuta vahidi bütün dünyanı iqtisadiyyatına sahiblik edirsə?! Bilmək çətin deyil ki, bu sirli pulların əsil mənbəyi hardan ve necə başlayır.Cibinizdə mütləq ki dollar əskinazı var- 100 olmasada 1 dollarda tapılar .Həmin pul vahidini yaxşı incələyin bütün Mason işarələri və sirli kəlimələrlə qarşılaşacaqsınız! Türkiyə və Avropaya da istədiyi müdaxilə və zərbəni rahatlıqla vuran bu gizli təşkilat Azərbaycandan da yan keçmir! Biraz ötən günlərə qayıdaq: təxminən bir neçə aylar bundan əvvəl Azərbaycanda Olimpia oyunlarının keçirilməsi üçün razılıq alınması ilə əlaqədar danışıqlar dövrü ərəfəsində şəhərimizə yenidənqurma işləri və abadlaşma zərurəti olduğu üçün təxirəsalınmaz və sürətli işlər gedəcəyini dövlət qurumlarına və iş adamlarına çatdırıldı.Bundan sonra dünyanın heç bir yerində istifadə olunmayan yanğın təhlükəsi 100%-i təşkil edən və mənşəyi məlum olmayan bina üzlükləri gətirildi və qısa bir müddətdə 150 -dən artıq şəhərin müxtəlif yerlərində binalar sürətli şəkildə üzlənməyə başlanıldı! Bəs görəsən bu üzləmələr ucuzluğu,lakin kimlərinsə pul qazanmağı üçün bir vasitə idi? Zənnimcə xüsusi qüvvələrin etdikləri bir hazırlanmış plandır. Belə ki, Azərbaycanda təhlükəsizlik sistemi güclu olduğundan, təxribatı törətmək çətin olduğunu nəzərə alaraq yanmağa hazır 150 dən artıq quru odundan daha sürətli yanan binaları, şəhərin müxtəlif yerlərində üzlədilər! Istənilən təxribatı törətməyin ən asan yolunu bir kibrit çöpündə düşünən bu qüvvələr Olimpia öncəsi ve Olimpia sonrası ölkədə sabitliyi çox rahat bir şəkildə pozmağı planlaşdırırlar! Əslində bu planları Azərbaycanı xüsusilə də Bakını , bir neçə vaxt bundan öncədən plana uyğun hərəkətlə, şəhərin çeşidli yerlərində masson işarələri və çeşidli yüksək məqamlı vəzifəliləri həmin təşkilatın bir parçasına çeviriblər! Görünür ki, bu işdə yaxından köməklik göstərən vətən xainləri Azərbaycanı, öz vətənini, gələcək nəsli,valideyinlərini bu təşkilata qurban verməyə tərəddüd belə etmeyiblər!

Dəyərli bacılar qardaşlar bugün Azərbaycanın müstəqilliyinin təməlini qoyan Ulu öndərimiz Heydər Əliyevin, bugün ölkəsi üçün bütün çətinliklərlə mübarizə aparan Prezidentimiz Cənab Ilham Əliyevin etrafına biz millət nümayəndələri, vətənini,namusunu qoruyan insanlar bütövlük yaratmalıyıq. Yarana biləcək ixtişaşların qarşısını almaq məqsədi ilə Dövlətimizin içərisinə səlahiyyət tutmuş həmin gizli təşkilatlara çalışan vəzifəli şəxslərin millətimizə etdiyi xainliyə göre məsuliyyətə cəlb olunmasında fəaliyyət aparan Prezidentimizi ve Dövlətimizi dəstəkləməliyik. Bu ölkəmiz üçün hazırlanmış bir terror hadisəsidir! Olimpia məşəli yerinə evlərimiz,insanlarımız yanmasın!

Hürriyət.az xəbər portalının təsisçisi Rövşən Tağıyev

Xəbərlər

Şahzadə Cocuq Mərcanlıya getdi

Şahzadə Cocuq Mərcan...

access_time6 saat əvvəl
Sabahın hava PROQNOZU -

Sabahın hava PROQNOZ...

access_time6 saat əvvəl
Havalar pisləşəcək - Güclü külək, yağış, leysan, dolu...

Havalar pisləşəcək -...

access_time6 saat əvvəl
zoom_in zoom_out